Lisey şagirdi atasını öldürdü, anasını yaraladı: Türkiyədə dəhşətli cinayət
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
Lisey şagirdi atasını öldürdü, anasını yaraladı: Türkiyədə dəhşətli cinayət
İzmirin Menemen rayonunda 16 yaşlı lisey şagirdi atasını bıçaqlayaraq öldürüb, anasını isə ağır yaralayıb.
News24.az xəbər verir ki, hadisə sentyabrın 7-də Türkiyənin İzmir vilayətinin Menemen rayonunda baş verib. Polis məişət mübahisəsi zəngi əsasında mənzilə gəlib, lakin qapı açılmadığı üçün eyvandan içəri daxil olub. Evdə 16 yaşlı şəxsin, onun anası və atasının qan içində olduğunu görüblər.
Təcili yardımla xəstəxanaya aparılan ata çoxsaylı bıçaq xəsarətlərindən həyatını itirib. Ana isə sol qol və çiyin nahiyəsindən 15 bıçaq yarası alıb, vəziyyətinin stabil olduğu bildirilib.
Ana polisə ifadəsində deyib ki, ailəvi birlikdə çölə çıxmağı planlaşdırıblar. Oğlu bu təklifi rədd edərək evdən çıxıb, lakin paltarlarını dəyişdikdən sonra geri qayıdıb və mətbəxdən götürdüyü bıçaqla valideynlərinə hücum edib.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 09 Sentyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















