Icma.az
close
up
RU
Litva Belarusla sərhəd keçid qaydalarını sərtləşdirir

Litva Belarusla sərhəd keçid qaydalarını sərtləşdirir

Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Litva Belarusla sərhəd keçid qaydalarını sərtləşdirir


Litva sərhəd təhlükəsizliyini gücləndirir və Belarusun təxribatları səbəbindən keçid məntəqələrində yeni məhdudiyyətlər tətbiq edir.

Bu barədə Litva hökumətinin saytında məlumat yayılıb.

Qeyd olunur ki, Litva Respublikası Hökuməti sərhəd-keçid məntəqələrində yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış qərar layihəsini təsdiqləyib. Qərarın səbəbi qeyri-qanuni miqrasiya ilə bağlı milli təhlükəsizliyə artan təhdidlər, həmçinin Belarus kəşfiyyatı və sərhəd xidmətlərinin taktikasında dəyişikliklərdir.

Qərara əsasən, Belarusdan sərhədi motosiklet, moped və motorlu velosipedlərlə Şalçininkay və Medininkay keçid məntəqələrindən keçmək qadağan ediləcək. Bu məntəqələrdən hərəkətə yalnız avtonəqliyyat vasitələri ilə icazə veriləcək.
Hökumət həmçinin Belarus rəsmiləri tərəfindən miqrantların istifadə edilməsi halları qeydə alınarsa, bu məntəqələrdən sərhəd keçidlərinin müvəqqəti məhdudlaşdırılmasını təklif edir. Məhdudiyyətlərə Belarus sərhədçilərinin müvafiq sənədləri olmayan və ya Şengen Sərhəd Məcəlləsinin tələblərinə cavab verməyən şəxsləri Litva ilə sərhədə göndərmək cəhdləri səbəb olub.

Hökumət xəbərdarlıq edir ki, yeni hüquqi tənzimləmələr qəbul edilmədən Belarusla sərhəddəki rəsmi keçid məntəqələri vasitəsilə kütləvi qanunsuz miqrasiya axınına şərait yaradıla bilər.

Litva dövlət sərhədinin mühafizəsi üçün kompleks tədbirlər həyata keçirir: Belarusla sərhəddə fiziki maneə quraşdırılıb, müasir monitorinq sistemindən istifadə olunur, insidentlərə operativ reaksiya verilməsi təmin edilir. Bu isə “yaşıl” adlanan sərhədi qanunsuz keçməyi mümkünsüz edir.
Litva iddia edilən rusiyapərəst agentlərə qarşı fəal mübarizəsini davam etdirir.

Belə ki, aprelin 16-da ölkə hökuməti Rusiya, Belarus və ya Çin pasportlarına malik Litva vətəndaşlarının, eləcə də Litva vətəndaşlığı olmayan şəxslərin General Jonas Zemaitis adına Hərbi Akademiyasına qəbulunu qadağan edib.

Bu yaxınlarda Litvanın xarici işlər naziri Kestutis Budris RBC-Ukraynaya müsahibəsində Rusiyanın Baltikyanı ölkələrə qarşı müharibəyə hazırlaşdığına şübhə etmədiyini bildirib.

Əziz Mustafa, Oxuməni.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 17 Aprel 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri