Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Litvanın müdafiə-texnologiya şirkəti "Pekkla" və Ukraynanın "December One RND" şirkəti radioelektron mübarizə vasitələrinin və pilotsuz uçuş aparatları (PUA) üçün komponentlərin istehsalı, tədarükü sahəsində əməkdaşlıq memorandumu imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Litvanın "15min" nəşri ölkənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd oktyabrın 14-də Litvanın milli müdafiə naziri Robertas Kaunasın Kiyevə səfəri zamanı imzalanıb.
Əməkdaşlıq Ukrayna tərəfinin ehtiyacları nəzərə alınmaqla texnoloji həllərin birgə işlənib hazırlanmasını, avadanlıqların təkmilləşdirilməsini və istehsal güclərinin genişləndirilməsini nəzərdə tutur.
Qeyd olunub ki, layihənin icrası ölkələr arasında 2026-cı ilin may ayında bağlanmış "Drone Deal" sazişi çərçivəsində həyata keçirilir.
PUA-lar üçün komponentlərin istehsalının 2027-ci ildə başlanacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 15 Oktyabr 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















