Litvada qaçaqmal siqaret daşıyan daha iki hava şarı ələ keçirilib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Litva sərhədçiləri qonşu ölkənin ərazisindən buraxılan qaçaqmal siqaret daşıyan hava şarlarını ələ keçiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Çərşənbə axşamı gecəsi sərhədçilər bu ilin ilk qaçaqmal siqaret partiyasını ələ keçiriblər. Belarusla həmsərhəd Varenka rayonunda üzərində Belarus aksiz markaları olan üç min qutu siqaret aşkar edilib. Yük GPS cihazları ilə təchiz olunmuş iki hava şarı ilə birləşdirilib", - deyə açıqlamada bildirilir.
Əvvəlki ələ keçirmə ötən ilin 20 dekabrında baş vermişdi. Ümumilikdə, 2025-ci ildə Litva ərazisində 630 hava şarları aşkar edilib və 1,4 milyon paket qaçaqmal siqaret aşkar edilib. Litva hakimiyyəti 2023-cü ildə 3, 2024-cü ildə 226, 2025-ci ildə isə 635 hava şarı aşkar edib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 06 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















