Litvanı tərk edənlərin sayı artır
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Litvada ölkəni tərk edən vətəndaşların sayında artım müşahidə olunur. Son altı ildə ölkəyə qayıdanların sayı gedənlərdən çox olsa da, 2026-cı ildə bu tendensiyanın dəyişə biləcəyinə dair əlamətlər ortaya çıxıb.
Modern.az xəbər verir ki, bu barədə Litvanın LRT telekanalı Dövlət Məlumat Agentliyinin statistikasına istinadən məlumat yayıb.
Bildirilib ki, sentyabr ayında 1642 Litva vətəndaşı ölkəni tərk edib, cəmi 1300 nəfər isə geri qayıdıb.
2026-cı ilin ilk doqquz ayında Litvadan 11 753 vətəndaş köçüb. Eyni dövrdə ölkəyə qayıdanların sayı 12 294 nəfər təşkil edib. Beləliklə, ölkəyə qayıdanlarla gedənlər arasındakı müsbət fərq 541 nəfərə qədər azalıb.
Mütəxəssislər vəziyyəti narahatlıq doğuran tendensiya kimi qiymətləndirirlər. Emigrasiyanın əsas səbəbləri arasında mənzil qiymətlərinin yüksək olması, gündəlik yaşayış xərclərinin artması və əmək bazarındakı rəqabət göstərilir.
Litvalıların köçmək üçün daha çox seçdikləri ölkələr Böyük Britaniya, Norveç və Almaniyadır.
Qeyd edək ki, 2025-ci ildə Litvaya 19 310 vətəndaş qayıtdığı halda, ölkəni tərk edənlərin sayı 9940 nəfər olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Oktyabr 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















