Livan İsraildən BMTyə şikayət etdi
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Livan 2 oktyabr - 11 noyabr tarixləri arasında İsrailin Livana hücumları ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) şikayət edib.
"Cebheinfo.az" xarici mediaya istinadla xəbər verir ki, Livan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Livanın Nyu-Yorkdakı BMT-dəki Daimi Nümayəndəliyinin 2 oktyabr - 11 noyabr 2024-cü il tarixləri arasında İsrailin Livana hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etdiyi bildirilib.
Bəyanatda bunun İsrailin hücumlarının nəticələrini sənədləşdirmək üçün Livanın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi vaxtaşırı şikayətləri çərçivəsində həyata keçirildiyi vurğulanıb və beynəlxalq ictimaiyyətə, BMT Təhlükəsizlik Şurasına məsuliyyəti öz üzərinə götürməli, hərəkətə keçməli olduqları xatırladılıb.
Şikayətdə İsrailin sahil şəhəri Batrunda livanlı İmad Ehmezi qaçırdığı, quru hücumlarını davam etdirdiyi, Yarun, Aytarun Marun er-Ras, Meys el-Jabel və digərləri kimi kənd və məhəllələri tamamilə yerlə-yeksan etdiyi, Livan ordusunu, mülki obyektləri və mülki insanları hədəf aldığı qeyd edilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:72
Bu xəbər 20 Noyabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















