Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Livan Yaxın Şərqdəki eskalasiya fonunda ərzaq böhranı ilə üzləşə bilər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.
Qeyd olunub ki, bu, İsrail Müdafiə Ordusunun Livanın cənubunda radikal "Hizbullah" qruplaşmasına qarşı əməliyyatı səbəbindən ölkə daxilində malların tədarükünün pozulması ilə əlaqədardır.
"Hazırda şahidi olduğumuz durum sadəcə əhalinin daxili köçürülməsi böhranı deyil, o sürətlə ərzaq təhlükəsizliyi böhranına çevrilir", - Ümumdünya Ərzaq Proqramının Livandakı direktoru Ellison Oman bildirib.
Onun sözlərinə görə, qiymətlərin artması və köçkün ailələrin tələbatının çoxalması səbəbindən qida məhsulları getdikcə daha az əlçatan olur.
Livan ikiqat böhran vəziyyətinə düşüb: bazarların bir hissəsi tamamilə çöküb - xüsusilə də ticarət obyektlərinin 80%-dən çoxunun artıq fəaliyyət göstərmədiyi ölkənin cənubunda, - Beyrutdakı bazarlar isə getdikcə artan təzyiqə məruz qalır.
Onun sözlərinə görə, Ümumdünya Ərzaq Proqramının bu həftə cənuba göndərilən konvoyunun təyinat nöqtəsinə çatması üçün 15 saatdan çox vaxt tələb olunub, halbuki normal şəraitdə yol cəmi bir neçə saat çəkirdi.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İsrail qüvvədə olan atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək, bu ölkəyə zərbələr endirib. Daha sonra İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Livanda atəşkəs Tehranla Vaşinqton arasındakı razılaşmaların ilk şərti olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 10 Aprel 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















