Livan Prezidenti yeni hökumətin formalaşdırılmasını Nəvaf Salama tapşırıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Beynəlxalq Ədalət Məhkəməsinin sədri Nəvaf Salam Livanın Baş naziri təyin edilib və ölkənin yeni hökumətini formalaşdıracaq.
BAKU.WS xəbər verir ki, bu barədə Livan Prezidentinin Aparatının bəyanatında deyilir.
"Prezident Cozef Aun parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra Nəvaf Salama Livanın yeni hökumətini qurmağı tapşırıb", - fərmanda qeyd olunub.
Daha əvvəl Salam 128 deputatdan 85-nin dəstəyini qazanıb, parlamentin yalnız 9 üzvü onun rəqibi, Baş nazir səlahiyyətlərini icra edən Nəcib Mikatiyə səs verib, qalanları isə hər hansı namizədi dəstəkləməkdən imtina edib.
Qeyd edək ki, 71 yaşlı diplomat və hüquqşünas Nəvaf Salam 2007-2017-ci illərdə Livanın BMT-dəki daimi nümayəndəsi olub. 2018-ci ildə o, Beynəlxalq Ədalət Məhkəməsinin üzvü seçilib, 2024-cü il fevralın 6-da isə BƏM-in sədri seçilib. Salam Beyrutun zadəgan ailəsinə mənsubdur, onun əmisi oğlu Tammam Salam 2014-2016-cı illərdə Livan hökumətinə rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 13 Yanvar 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















