Icma.az
close
up
RU
Livan və Fələstin tamam: İsrail bu 3 ölkəyə hücuma hazırlaşır

Livan və Fələstin tamam: İsrail bu 3 ölkəyə hücuma hazırlaşır

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail aviasiyası Yəmənə aviazərbələr endirib. Əs-Salif limanına hava hücumda 7 nəfər ölüb. Əl-Hudeyda əyalətinin Ras İsa bölgəsindəki neft obyektinə hava hücumları nəticəsində isə iki nəfər həlak olub.

Qəzzada HƏMAS-a, Livanın cənubunda “Hizbullah”a qarşı keçirilən genişmiqyaslı əməliyyatların ardınca İsrailin üzünü Suriya, İraq və Yəmənə çevirəcəyi bəlli idi. Suriyada mübahisəli Qolan təpələrinin nəzarətə götürülməsinin ardınca Təl-Əvivin Yəməni vurması təsadüfi deyil.

Yəməndə də hazırda faktiki olaraq mərkəzləşmiş dövlət yoxdur. Ölkədə İranmeyilli husi qruplaşması əsas güc olsa da, müxalif və radikal qruplaşmaların nəzarətində olan məhəlli bölgələr var. Husilər İsrailin həm Qəzzada  HƏMAS-a qarşı, həm də Livanda “Hizbullah”a qarşı keçirdiyi əməliyyatlar zamanı Təl-Əvivə problemlər yaratmışdı. Daha dəqiq desək, Husilər həm İsrail ərazisinə raket zərbələri endirmiş, həm də Qırmızı dəniz ticarətinə ciddi problemlər yaratmışdı.

İsrailin HƏMAS, “Hizbullah”, Husilərə qarşı əməliyyatları eyni məntiqə uyğundur. Təl-Əviv faktiki olaraq İranın ətrafına səd kimi yaydığı proksilərini sıradan çıxarır. Tehran bu proksiləri həm İsrailə qarşı, həm də özünümüdafiə məqsədi ilə istifadə edirdi.

İsrail HƏMAS və “Hizbullah”ı tam məğlub etməsə də, zərərsizləşdirməyi bacardı. Suriyada isə Əsəd rejimi devrildi (müəyyən mənada İsrailin dəstəyi ilə). Təl-Əviv Husiləri də HƏMAS və “Hizbullah” kimi oyundan xaric etmək istəyir. Bundan sonra isə son zərbə kimi İraqdakı İran proksiləri hədəf seçilə bilər.

İsrail illərdir İran proksiləri ilə mübarizə aparır. Lakin bu mübarizəsinin əsas məqsədi İrana müdaxiləni təmin etməkdir. Prinsip etibarilə İran və İsraildəki rejimlərin bir-birinə ehtiyacı var. İllərdir tərəflərin bir-birinə qarşı birbaşa hücuma keçməsinin səbəbi budur. Amma İran uranı zənginləşdirərək və nüvə silahı əldə etməyə yaxınlaşaraq illərdir davam edən balans ehtiyacını aradan qaldırdı. İsrail İrandakı rejimi devirmək və ölkəni gücdən salmaq üçün parçalamaq istəyir.

Yəni proksilərin tam sıradan çıxarılmasından sonra Təl-Əviv İrana yönələcək. Əlbəttə, bu, total müharibə, ya da işğalla deyil, beynəlxalq koalisiya ilə edilə bilər. Bunun üçün isə Təl-Əviv İranın ona hücum etməsini, ya da ciddi zərbə vurmasını istəyir. 2025-ci ildə İsrailin əsas hədəfi bu ola bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri