Icma.az
close
up
RU
Livan və Hizbullah atəşkəsə razılıq verdi: Yaxın Şərqdə savaş bitəcək?

Livan və Hizbullah atəşkəsə razılıq verdi: Yaxın Şərqdə savaş bitəcək?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Bir müddət atəşkəs ola bilər, lakin bu, Yaxın Şərqdə sülh anlamına gəlmir. Ona görə də bu yöndə cəhdlər müəyyən zaman üçün uğurlu olsa da, çox kövrəkdir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Livan və "Hizbullah"ın ABŞ-ın İsraillə atəşkəs təklifinə razılıq verməsi barədə məlumatı şərh edərkən deyib.

"Yaxın Şərqin hər zaman bir əmması olduğu kimi, bu işin də bir əmması var. Atəşkəs haqqında şayiələr dolansa və tərəflər bunu "etiraf” etsələr də, Livanda hərbi əməliyyatlar və ərazilərin bombalanması hələ də davam edir. İsrailin baş naziri də deyib ki, "Hizbullah”la atəşkəs olsa da belə, bu həmin təşkilatla mübarizənin dayandırılması anlamına gəlmir. Digər tərəfdən, bu gün səhər saatlarından etibarən tərəflər bir-birinə qarşı müxtəlif raket zərbələri endiriblər. Yaxın Şərqdə atəşkəsin olması hələ sülh demək deyil. Yaxın günlərdə ABŞ-ın xüsusi nümayəndəsinin səfəri nəticəsində əldə olunan kövrək atəşkəsin nə qədər davamlı olduğu görünəcək. Amma görünən odur ki, tərəflər qarşılıqlı raket atəşlərini dayandırmayıblar", deyə Rufiz Hafizoğlu bildirib.


Həmsöhbətimiz İsrail hökumətinin "Hizbullah”la atəşkəsdə tam olaraq maraqlı olduğunu düşünmür:

"Bu gün İsrailin əldə etdiyi öz maraqlarına uyğun uğurları onun üçün olduqca münbitdir. İsrail HƏMAS və "Hizbullah”ı heç bir zaman olmayan dərəcədə sıx şəkildə küncə sıxıb. ABŞ-da hakimiyyətə qayıdan Trampın İrana qarşı daha sərt mövqe sərgiləməsi də göstərir ki, Təl-Əviv indilikdə atəşkəsdə maraqlı deyil. İsrail Livan ərazisində cəmi 3 km. irəliləyə bilib. Qəzzadakı əməliyyatların alternativini burada həyata keçirmək mümkün deyil. Bir müddət atəşkəs ola bilər. Lakin bu Yaxın Şərqdə sülh anlamına gəlmir. Ona görə də atılan bütün cəhdlər müəyyən zaman üçün uğurlu olsa da, çox kövrəkdir. Nəzərə alaq ki, yaxın aylarda İranda da bəlli ciddi proseslər başlayacaq".

Qeyd edək ki, "Reuters"in məlumatına görə, Livan və "Hizbullah" ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşıb. Bununla belə, məzmunla bağlı bəzi şərhlər edilib. Xüsusilə, Livan parlamenti sədrinin köməkçisi Əli Həsən Xəlil bildirib ki, bazar ertəsi Livan ABŞ-ın Livandakı səfirinə yazılı cavab göndərib və bu arada Ağ Evin xüsusi nümayəndəsi Amos Hokşteyn danışıqları davam etdirmək üçün Beyruta gedir. 

"Hizbullah" da öz növbəsində atəşkəslə bağlı danışıqlarda çoxdankı müttəfiqi Livan parlamentinin sədri Nəbih Berrini dəstəkləyib. "Livan sənədlə bağlı öz şərhlərini müsbət atmosferdə təqdim edib. Təqdim etdiyimiz bütün şərhlər 1701 saylı qətnamənin bütün müddəalarla dəqiq yerinə yetirilməsini təsdiqləyir", deyə Xəlil bildirib. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri