Livan və İsrail gizli razılaşdı: Hizbullah hədəfdə
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Livan və İsrail atəşkəsə nail olmaq və Hizbullahı tərksilah etmək məqsədi ilə birbaşa danışıqlara başlaya bilər.
Globalinfo.az xəbər verir ki, Livan prezidenti Cozef Aun İsraillə danışıqlara dəstəyini ifadə edərək, Beyrutun daha əvvəl ABŞ və BMT-nin vasitəçiliyi ilə oxşar dialoq apardığını, nəticədə dəniz sərhədinin demarkasiyasına dair razılığa gəlindiyini xatırladıb.
Onun sözlərinə görə, Hizbullah heç bir problemi həll etməyib və birbaşa dialoq olmadan gələcək kompromis mümkün deyil.
Eyni zamanda “Hizbullah”ın sözçüsü Əli əl-Məqdad bildirib ki, təşkilat İsraillə birbaşa danışıqların mümkünlüyünü qəti şəkildə rədd edir. Onun sözlərinə görə, düşmənə güc yolu ilə nail ola bilmədiyini sülh yolu ilə verməyəcəklər.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, Livanla sülh yalnız “Hizbullah”ın tərksilah ediləcəyi təqdirdə mümkündür.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 18 Oktyabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















