Livanda atəşkəs olduğunu açıqladı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və “Hizbullah” hərəkatının rəhbərliyi ilə Livanda əldə olunan atəşkəs razılaşmasını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Amerika lideri bu barədə özünün “Truth Social” səhifəsində məlumat verib.
“Baş nazir Netanyahu ilə məhsuldar söhbətim oldu və İsrail qoşunları Beyruta daxil olmayacaq. Bu istiqamətdə ola biləcək bütün qoşunlar artıq geri çəkilib. Mən “Hizbullah” nümayəndələri ilə də konstruktiv söhbət etdim və onlar bütün hərbi əməliyyatları dayandırmağa razı oldular”, - Ağ Ev rəhbəri yazıb.
Baxış sayı:98
Bu xəbər 01 İyun 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















