Livanda atəşkəsdən sonra İsrail hücumları davam edir: 380 nəfər həlak olub
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Livanda atəşkəs elan olunduqdan sonra İsrailin hava hücumları və artilleriya atəşləri nəticəsində azı 380 nəfər həlak olub.
Sitat.info xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail və Livan arasında əvvəlcə ABŞ prezidenti Donald Trampın elan etdiyi 10 günlük atəşkəs razılaşması əldə olunub. Daha sonra isə bu müddət bir ay uzadılıb.
Lakin buna baxmayaraq, Livanın cənubunda döyüşlər dayanmayıb. İsrail ordusu bölgəni hər gün bombardman etməyə davam edir.
“Hizbullah” isə cavab olaraq İsrail qüvvələrinə qarşı hücumlar həyata keçirir.
Müşahidəçilər bölgədə vəziyyətin hələ də gərgin olaraq qaldığını bildirirlər.
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 12 May 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















