Livanda Hizbullah a məxsus yeraltı komanda mərkəzi məhv edilib
Icma.az bildirir, Milli.az portalına istinadən.
İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasına məxsus olduğu bildirilən yeraltı komanda mərkəzinin məhv edildiyini açıqlayıb.
Ordunun yaydığı məlumata görə, obyekt BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) postundan təxminən 300 metr aralıda, Haddata kəndi yaxınlığında yerləşirdi.
Əməliyyat zamanı uzunluğu təxminən 55 metr olan yeraltı tunel aşkarlanıb. Bildirilib ki, üç otaqdan ibarət tunel "Hizbullah" tərəfindən komanda məntəqəsi kimi istifadə olunurdu.
Hərbçilər həmçinin tunellə əlaqəli yeraltı şaxta müəyyən ediblər. Məlumata əsasən, həmin şaxtada xeyli sayda silah-sursat saxlanılırdı.
İsrail ordusu qeyd edib ki, mühəndis bölmələri bu həftə keçirilən əməliyyat zamanı yeraltı kompleksi tamamilə məhv edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 29 İyul 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















