Livanda münaqişənin 1 ili ərzində 15,6 mindən çox ev zədələnib və ya dağılıb
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail və “Hizbullah” qruplaşması arasında bir il davam edən döyüşlər zamanı Livanın cənubunda 15,600-dən çox bina zədələnib və ya dağılıb.
Missiya.Az xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
Döyüşlər nəticəsində 8 milyon tondan çox tikinti tullantıları əmələ gəlib. Ümumilikdə 15 633 bina qismən və ya tamamilə dağılıb. Ən çox zərər çəkmiş ərazilər Maracyun, Bint-Jubayl və Sur şəhərləri olub. İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra ilk atəşkəs haqqında razılaşma noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.
Zərintac Mayisqızı
Missiya.Az
Baxış sayı:132
Bu xəbər 02 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















