Livanda ölənlərin sayı 2700 ü ötdü
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son sutka ərzində İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində 15 nəfər ölüb, 85 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.
"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2 727-yə, yaralıların sayı isə 8 438-ə çatıb", - məlumatda qeyd olunub.
Nazirlikdən bildirilib ki, bu gün Nəbatiyyə şəhəri və onun ətrafı intensiv bombardmana məruz qalıb, xilasedicilər dağıntıları təmizləməklə məşğuldurlar. "Günün sonuna qədər qurbanların və zərərçəkmiş vətəndaşların sayı arta bilər", - Səhiyyə Nazirliyindən vurğulanıb.
Baxış sayı:154
Bu xəbər 07 May 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















