Icma.az
close
up
RU
“Liverpul” 20 yə çatdı, çempionşipdən gələnlər ora qayıtdı

“Liverpul” 20 yə çatdı, çempionşipdən gələnlər ora qayıtdı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Mançester Siti”nin 4 illik çempionluq seriyasına qon qoyuldu. “Liverpul” tarixində 20-ci dəfə çempion olmaqla bu göstəricidə “Mançester Yunayted”ə çatdı. “Qırmızılar” buna “Tottenhem”i darmadağın etməklə nail oldu.

Qalan nəhənglərdən MS ilə “Arsenal” daha erkən meydana çıxmış və onların oyunlarının icmalını təqdim etmişdik. “Çelsi” “Everton” üzərində 1 qolla qələbə qazandı. MY isə “Bornmut”la oyunun sonlarında məğlubiyyətdən qaçdı. Hesabat turunda “Lester”lə “Sauthempton”un ardından “İpsviç”in də çempionşipə yuvarlanması rəsmiləşdi.
“Liverpul” çempionluğu sona 4 tur qalmış rəsmiləşdirdi. “Enfild”də “Tottenhem”i qəbul edən Slotun komandasına, sadəcə, 1 xal kifayət edirdi. Oyun meydan sahibləri üçün pis başladı. Artıq 12-ci dəqiqədə Şimali Londondan olan qonaqlar irəli çıxdı. Amma 4 dəqiqə sonra Dias “status-kvo”nu bərpa etdi. 24-cü dəqiqədə Makallister “qırmızılar”ı irəli çıxardı, fasiləyə qədər Qakpo də fərqləndi. “Mahmızlar”ın “kötəklənməsi” 2-ci hissədə də davam etdi. Salahın belə önəmli gündə fərqlənməsi tam yerinə düşdü, bir qədər sonra Udoci də topu öz qapısına göndərdi.
“Everton”la qarşılaşan “Çelsi” qələbə yolunda çox əziyyət çəkdi. İlk dəqiqələrdən topa nəzarət edən “zadəganlar” 15-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Ancaq Maduekenin uzaq küncə zərbəsinin qarşısını Pikford effektli şəkildə aldı. 27-ci dəqiqədə Cekson qapıçını təslim olmağa məcbur etdi. 2-ci hissənin əvvəlində bir daha ustalığını göstərməyə məcbur olan Pikford Maduekenin növbəti təhlükəli zərbəsinin öhdəsindən gəldi. “Göylər” sona yaxın fəallaşdı. Maknilin zərbəsindən sonra “Çelsi”nin qapıçısı Sançes gözəl seyvlə yadda qaldı. Qələbəni qoruyan “zadəganlar” “ÇL zonası”nda qalmaqdadı.
“Bornmut”un qonağı olan MY daha bir sönük oyuna “imza atdı”. Oyuna yaxşı başlayan “qırmızı şeytanlar”dan Qarnaço 15-ci dəqiqədə təhlükəli, amma bir qədər qeyri-dəqiq zərbə vurdu. Hesab 23-cü dəqiqədə açıldı. Dorqunun səhvindən yararlanan Evanilson Semenyonu zərbə mövqeyinə çıxardı. Qarnaço fasilə ərəfəsində bir daha fərqlənməyə yaxın oldu. Bu dəfə onun zərbəsini qapıçı Kepa dəf etdi. 2-ci hissənin əvvəlində Semenyo 2-ci qolu vura bilərdi. 59-cu dəqiqədə isə Uattaranın zərbəsindən sonra MY-ni dirək xilas etdi. 70-ci dəqiqədə Evanilson “Bornmut”u çətin vəziyyətə saldı. VAR yoxlamasından sonra birbaşa qırmızı vərəqə alan braziliyalı forvard komandasını azlıqda qoydu.
Girişdə vurğuladığımız kimi, “İpsviç”in premyer-liqadan ayrılması rəsmiləşdi. “Traktorçular” “Nyukasl”a bütün komponentlərdə uduzdu. Bəlkə də oyun onlar üçün daha yaxşı hesabla bitə bilərdi. Sadəcə, 37-ci dəqiqədə meydandan qovulan Conson “sağsağanlar”ın işini asanlaşdırdı. “Nyukasl” artıq fasiləyə qədər say üstünlüyündən yararlandı. 2-ci hissədə isə Bernlə Osula da fərqləndi və “İpsviç” darmadağın oldu.
Turun qalan oyunlarına gəlincə, “Brayton”la “Vest Hem” birlikdə 5 qol vurdu. “Qağayılar” 13-cü dəqiqədə hesabı açdı, 2-ci hissənin əvvəlində Kudus “çəkicdöyənlər”in bərabərlik qolunu vurdu. 83-cü dəqiqədə Souçek qonaqları irəli çıxardı. Amma bu son deyildi. Əsas vaxtın sonuncu dəqiqəsində Mitoma “status-kvo”nu bərpa etdi, uzatma dəqiqələrində isə Baleba “Brayton”a əzmkar qələbə qazandırdı.
“Vulverhempton” “Lester”lə oyunda heç bir çətinlik çəkmədi. “Canavarlar” “tülkülər”in qapısından üç cavabsız qol keçirdi. Qonaqların ən azı təsəlli qolunu vurmaq üçün gözəl imkanı var idi. Ancaq Vardi 72-ci dəqiqədə penaltini qaçırdı. Hesabat turunda həmçinin “Fulhem” “Sauthempton”la oyunda əzmkar qələbə qazandı. “Müqəddəslər” də uzatma dəqiqələrində gələn qola üzüldü.
34-cü tur
Liverpul – Tottenhem 5:1

Dias, 16. Makallister, 25. Qakpo, 34. Salah, 63. Udoci, 69-öz qapısına – Solanke, 12. (60415)
Liverpul: Alisson, Aleksander-Arnold (Endo, 76), Konate, Van Diyk, Robertson, Qravenberx, Makallister (Nunyes, 83), Salah, Soboslai (Cons, 68), Qakpo (Jota, 68), Dias (Elliott, 76).
Tottenhem: Vikario, Spens, Danso, Devis, Udoci, Berqvall, Qrey (Sarr, 46), Meddison (Kulusevski, 46), Conson, Solanke (Rişarlison, 68), Tel (Odober, 68).
Çelsi – Everton 1:0
Cekson, 27. (39894)
Çelsi: Sançes, Lavia (Ceyms, 67), Çaloba, Koluill, Kukurelya, Fernandes, Kaysedo, Madueke (Sanço, 78), Palmer (Dyusberi-Holl, 90+1), Neto, Cekson (Corc, 90+1).
Bornmut – Mançester Yunayted 1:1
Semenyo, 23 – Heylunn, 90+6. (11241)
MY: Onana, Şou, Maquayr (Lindelöf, 66), Yoro, Mazraui (Obi-Martin, 76), Kazemiro (Uqarte, 65), Maynu (Maunt, 65), Dorqu (Eriksen, 90), Qarnaço, Fernandeş, Heylunn.
Nyukasl – İpsviç 3:0
İsak, 45+4-p. Bern, 56. Osula, 80. (52171)
Brayton – Vest Hem 3:2
Ayyari, 13. Mitoma, 89. Baleba, 90+3 – Kudus, 49. Souçek, 83. (31499)
Sauthempton – Fulhem 1:2
Stivens, 14 – Smit-Rou, 72. Sessenyon, 90+2. (28946)
Vulverhempton – Lester 3:0
Kunya, 33. Strand Larsen, 56. Qomeş, 85. (31518)
“Nottingem Forest” – “Brentford” oyunu mayın 1-də keçiriləcək.
Turun ilk iki oyunu aprelin 22-23-də keçirilib: Mançester Siti – Aston Villa 2:1, Arsenal – Kristal Pelas 2:2.
1. Liverpul 34 25 7 2 80-32 82
2. Arsenal 34 18 13 3 63-29 67
3. Nyukasl 34 19 5 10 65-44 62
4. Mançester S. 34 18 7 9 66-43 61
5. Çelsi 34 17 9 8 59-40 60
6. Nottingem F. 33 18 6 9 53-39 60
7. Aston Villa 34 16 9 9 54-49 57
8. Fulhem 34 14 9 11 50-46 51
9. Brayton 34 13 12 9 56-55 51
10. Bornmut 34 13 11 10 53-41 50
11. Brentford 33 13 7 13 56-50 46
12. Kristal Pelas 34 11 12 11 43-47 45
13. Vulverhempton 34 12 5 17 51-61 41
14. Mançester Y. 34 10 9 15 39-47 39
15. Everton 34 8 14 12 34-41 38
16. Tottenhem 34 11 4 19 62-56 37
17. Vest Hem 34 9 9 16 39-58 36
18. İpsviç 34 4 9 21 33-74 21
19. Lester 34 4 6 24 27-76 18
20. Sauthempton 34 2 5 27 25-80 11
Bombardirlər: Salah (Liverpul) - 28, İsak (Nyukasl) – 22, Holann (MS) – 21, Vud (Nottingem Forest) – 19, Mbemo (Brentford) – 18.
Növbəti turun oyunları mayın 2-5-i aralığında keçiriləcək: Mançester Siti – Vulverhempton, Aston Villa – Fulhem, Everton – İpsviç, Lester – Sauthempton, Arsenal – Bornmut, Brentford – Mançester Yunayted, Vest Hem – Tottenhem, Brayton – Nyukasl, Çelsi – Liverpul, Kristal Pelas – Nottingem Forest.
Turun rəqəmi
185 – premyer-liqada qol sayını bu həddə çatdıran Salah bombardirlər sırasında 5-ci pilləyə yüksəldi. Aqueronu (184) arxada qoyan misirli ulduz yalnız Endi Koul (187), Ueyn Runi (208), Harri Keyn (213) və Alan Şirerdən (260) geri qalır.
Turun ulduzu
Mateus Kunya (Vulverhempton) – braziliyalı hücumçu bütün qollarda yaxından iştirak etdi. Fərqlənməklə yanaşı, Strand Larsenlə Qomeşə də məhsuldar ötürmə verdi. Bəlkə də onu ruhlandıran əsas amil növbəti mövsümə MY-də başlayacağı ilə bağlı xəbərdi.
Turun sitatı
Arne Slot, “Liverpul”un baş məşqçisi: “Bu oyunda uduzmaq haqqımız yox idi. Avtobusda deyirdilər ki, necə olur-olsun, uduzmamalıyıq. Bu futbolçular həmişə qalib gəlməyin yolunu tapır. Təkcə oyunçular yox, idman direktoru, məşqçi korpusunun üzvləri ilə də qürur duyuram. Gəlin onları alqışlayaq. Bunun son 35 ildəki 2-ci çempionluq olduğunu unudaq. Bu, son 5 ildəki 2-ci çempionluqdu”.
Faktlar
* Sonuncu dəfə 2020-də çempion olan “Liverpul” bu göstəricidə MY-yə çatdı. Hərəyə 20 çempionluğu olan bu komandaları “Arsenal” (13) və MS (10) izləyir.
* Slot klubdakı ilk mövsümündə premyer-liqada çempion olan 6-cı mütəxəssisdi. Ona qədər bunu Joze Mourinyo (“Çelsi”, 2004/05), Karlo Ançelotti (“Çelsi”, 2009/10), Manuel Pelleqrini (MS, 2013/14), Klaudio Ranyeri (“Lester”, 2015/16) və Antonio Konte (“Çelsi”, 2016/17) bacarmışdı. Ötən yay baş məşqçi vəzifəsində Kloppu əvəz edən Slot həm də premyer-liqada çempionluğu bayram edən ilk niderlandlı çalışdırıcıdı.
* Cari mövsümdə 19-cu dəfə uduzan “Tottenhem” premyer-liqadakı antirekordunu təkrarladı. “Mahmızlar” 1993/94 və 2003/04 mövsümlərində də belə aqibətlə üzləşib. Bu mənada antirekord turnirin hələ premyer-liqa adlanmadığı 1991/92 mövsümünə aiddi – 20 məğlubiyyət.
* Artıq 18-ci pillədən yuxarı qalxa bilməyəcək “İpsviç”in premyer-liqadan gedişi rəsmiləşdi. Bu komanda elitaya gəldiyi mövsümdə bura ilə vidalaşdı. Elə “Sauthempton”la “Lester” də bu mövsüm elitaya qoşulmuşdu. Bir il əvvəl isə “Bernli”, “Şeffild Yunayted” və “Luton” da premyer-liqada möhkəmlənə bilməmişdi. Çempionşipdən gələnlərin ardıcıl iki il uğursuzluğa düçar olmasına əvvəllər rast gəlinməmişdi.
Oyundan sonra
Ruben Amorim, MY-nin baş məşqçisi:

“Oyunun əvvəli bizim üçün çətin keçdi, rəqib güclü təzyiq göstərirdi. Oyunlarımıza baxsaq, qol buraxmaqda həmişə müəyyən payımız olur. Ondan sonra iş bir qədər də çətinləşir. Xüsusən də “qırmızı”dan sonra rəqib cərimə meydançasına daxil olmağın yollarını tapırdıq. Təhlükəli vəziyyətlər yaratdıq, qol vura bildik, ancaq belə hiss edirəm ki, 2 xal itirdik”.


Ange Postekoğlu, “Tottenhem”in baş məşqçisi:

“Liverpul”un haqqını verməliyik. Mövsümboyu möhtəşəm olan rəqib çempionluğu haqq etdi. Həqiqətən bu gün əziyyət çəkdik. Motivasiyası hədsiz yüksək olan rəqiblə qarşılaşmaya hazırlaşmışdıq. Hər həftə çoxlu dəyişikliyə əl atırıq. Bu məqam sabitliyə təsir göstərir. Rəqib irəli çıxandan sonra oyuna dönmək çətin idi, azarkeşlər də ona möhtəşəm dəstək verirdi. “Liverpul” bizi darmadağın etdi, hədsiz boşluqlar verdik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 May 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri