“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Liverpul” Avropanın aparıcı futbol klubları arasında mədəni təsir baxımından ilk pillədə qərarlaşıb.
QOL.az xəbər verir ki, "Harris & Toluna" şirkətlərinin 22 bazarda keçirdiyi müstəqil beynəlxalq araşdırmanın nəticələrinə əsasən, iştirakçıların 31 faizi “Liverpul”u mədəni baxımdan təsirli klub hesab edib. Bu, sorğuda yer alan futbol klubları arasında ən yüksək göstəricidir. İkinci nəticə 24 faiz olub.
Mersisayd təmsilçisi ümumi idman reytinqində də liderdir - 31 faiz. ABŞ-da isə “Liverpul” Avropanın ən təsirli futbol klubu seçilib (18 faiz).
Klub rəqəmsal göstəriciləri ilə də diqqət çəkib. Son bir ildə “Liverpul”un sosial şəbəkələrdəki videoları ümumilikdə 14,7 milyard baxış toplayıb. Bu, Premyer Liqada digər klublardan 37 faiz çoxdur. Həmçinin komandanın rəsmi saytı il ərzində dünya üzrə 96,16 milyon istifadəçi tərəfindən ziyarət edilib.
“Liverpul”un marketinq və rəqəmsal texnologiyalar üzrə baş vitse-prezidenti Hanna Pim bildirib ki, klub həmişə futboldan daha böyük məna daşıyıb və bu nəticə onun qlobal azarkeş kütləsinin miqyasını göstərir.
Baxış sayı:90
Bu xəbər 08 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















