Icma.az
close
up
RU
“Liverpul” axır ki uduzdu, MS və PSJ vəzifənin öhdəsindən gəldi

“Liverpul” axır ki uduzdu, MS və PSJ vəzifənin öhdəsindən gəldi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çərşənbə günü Çempionlar Liqasında əsas mərhələnin sonuncu - 8-ci turunun oyunları keçirildi. “Liverpul” və “Barselona” ilə yanaşı, “Arsenal”, “İnter”, “Atletiko”, “Bayer-04”, “Lill” və “Aston Villa” 1/8 finala birbaşa vəsiqə qazandı.

“Atalanta”, Dortmund “Borussiya”sı, “Real”, “Bavariya”, “Milan”, PSV, PSJ, “Benfika”, “Monako”, “Brest”, “Feyenoord”, “Yuventus”, “Seltik”, “Mançester Siti”, “Sportinq” və “Brügge” 1/8 finala vəsiqə üçün pley-offda oynayacaq, Zaqreb “Dinamo”su, “Ştutqart”, “Şaxtyor”, “Bolonya”, “Srvena Zvezda”, “Şturm”, “Sparta”, “Leyptsiq”, “Jirona”, “Zaltsburq”, “Slovan” və “Yanq Boyz” üçün ÇL bitdi.
PSV son turda evdə “Liverpul” üzərində əzmkar qələbə qazandı. Ədalət naminə deyək ki, qonaqların baş məşqçisi Slot geniş rotasiyaya əl atmışdı, yəni bu mərhələni yüzfaizlik nəticə ilə bitirmək niyyətindən uzaq idi. Hətta bu heyətlə də “qırmızılar” zaman-zaman üstün oynayırdı. Hesabı da onlar açdı: Kyezanın qazandığı penaltini Qakpo 28-ci dəqiqədə qola çevirdi. Hissənin sonuna qədər qalan müddətdə qollar yağış kimi yağdı. Bakayoko hesabı bərabərləşdirdi, Elliott yenidən “Liverpul”u irəli çıxardı. Amma Saybari ilə Pepinin lap sonda vurduğu qollar hesabı 3:2 etdi. “Qırmızı-ağlar” 2-ci hissədə “Liverpul”un təzyiqinin qarşısını uğurla aldı. Finişə yaxın artıq say üstünlüyü qazanan PSV 4-cü qolu da vura bilərdi. Ancaq Kelleher komandasını real qoldan xilas etdi.
Sensasiya baş vermədi, PSJ ÇL-də mübarizəni bu mərhələdə dayandırmadı. Hərçənd bu yöndə intriqa son tura qədər yaşadı. Maraqlıdı ki, parislilər “Ştutqart”ın da pley-offa yolunu aça bilərdi – bunun üçün oyunun heç-heçə bitməsi kifayət idi. Ancaq PSJ pley-off ərəfəsində mövqeyini mümkün qədər yaxşılaşdırmaq istəyirdi, bu üzdən meydana qələbə hədəfi ilə çıxmışdı. Artıq 6-cı dəqiqədə Barkola qonaqları irəli çıxardı və onlar bir daha təşəbbüsü əldən vermədilər. Belədə 19-cu dəqiqədə fərqin artması, hissənin sonunda isə darmadağın həddinə çatması təəccüb doğurmadı. Hər iki qolu Dembele vurdu. 2-ci hissənin əvvəlində Usman het-triki də rəsmiləşdirdi. Yalnız bundan sonra PSJ dayandı, daha doğrusu, tempi aşağı saldı. “Ştutqart” bir qədər canlandı və qollardan birinin əvəzini çıxdı. PSJ artıq pley-offa hazırlaşa bilər, “Ştutqart” isə turnirlə vidalaşdı.
“Mançester Siti” də “top-24”də özünə yer edə bildi, hərçənd “Brügge” ilə ev oyununda da azarkeşlərinin əsəbləri ilə oynadı. “Şəhərlilər”i bu oyunda yalnız qələbə qane edirdi. Ancaq ilk yarı qonaqların üstünlüyü ilə bitdi. Və bu hesab heç də ədalətsizlik sayıla bilməz. Ona görə ki, Qvardiolanın komandası fasiləyə qədər hücumda heç nə ilə yadda qalmadı. Baxmayaraq ki, topa nəzarətdə böyük üstünlüyü var idi. Qonaqlar hissənin sonunda Edersonu tez-tez narahat etməyə başladılar ki, nəticədə Onyedika hesabı açdı. Qvardiola fasilədə futbolçularına nə demişdisə, onlar 2-ci hissəyə tam fərqli əhval-ruhiyyə ilə çıxdı. Və dərhal Minyolenin qapısı önündə təhlükəli vəziyyətlər yaranmağa başladı. 53-cü dəqiqədə qapının sol aşağı küncünü “nişan alan” Kovaçiç hesabı bərabərləşdirdi. Bundan sonra oyunun axarı istənilən komandanın hesabına dəyişə bilərdi. Vanakenin zərbəsini Ederson qaytardı, Dzolis topu yandan vurdu. Nəticədə hesab 1:2 yox, 2:1 oldu – 62-ci dəqiqədə Qvardiolanın ötürməsinin qarşısını aımaq istəyən Ordonyes topu öz qapısına göndərdi. Bu qol meydan sahiblərinin özünəinamını artırdı. Sıralanan təhlükəli vəziyyətlərin birindən Savinyo yararlandı və bununla da oyunun taleyi həll olundu. “Brügge” məğlubiyyətlə barışdı. Əzmkar qələbə qazanan MS isə 22-ci yeri tutmaqla pley-offa vəsiqə qazandı. Elə “Brügge” də bu vəzifənin öhdəsindən gəldi.
“Slovan” “Bavariya” üçün əngəl ola bilmədi. Münhenlilər yaxşı oyun göstərməklə inamlı qələbə qazandı. Ancaq bəzi qəribə nəticələr onların 1/8 finala birbaşa vəsiqə qazanmasına mane oldu. Qolları Müller, Kehyn və Koman vurdu. Kimmixin oyunboyu səviyyəli ötürmələr verməsini vurğulamağa dəyər. Qonaqların qolkiperi hər nə qədər fədakarlıq etsə də, üç dəfə topu tordan çıxardı. Meydan sahibləri arxayınlaşandan sonra Toliç təsəlli qolunu vurdu. “Bavariya” iki pley-off oyunu keçirməli olacaq. Komanda yaxşı formada olsa da, “Feyenoord”a məğlubiyyəti də unutmayaq. Həmin məğlubiyyətin təsadüf olub-olmadığı tezliklə bilinəcək.
“Monako” “San-Siro”ya qələbə niyyəti ilə yollanmışdı. Belə nəticə “knyazlar”ı əlavə iki oyundan xilas edəcəkdi. Ancaq bu hədəfə çatma elə də asan deyildi. Üstəlik erkən qol “Monako”nun işini daha da çətinləşdirdi. Qoldan sonra da hücumları davam etdirən milanlılar tezliklə say üstünlüyü qazandı: Türamın qarşısını kobudluqla alan Mavissa meydandan qovuldu. Cəmi bir neçə dəqiqə sonra Lautaro Martines 2-ci qolu da vurdu. Məğlubiyyətə məhkum olan “knyazlar” meydanın rəqibə aid hissəsinə çətinliklə keçirdi. 2-cu hissədə də oyunun axarı dəyişmədi: “İnter” yenə daim hücum edir, “Monako” isə nadir əks-hücumlara bel bağlayırdı. Mayetski dəfələrlə komandası üçün xilaskar rolunu oynasa da, inadkar Martines 67-ci dəqiqədə het-trik istəyinə çatdı. Sona yaxın Teze də meydandan xərəkdə çıxarıldı və “knyazlar” oyunu 9 nəfərlə bitirdi.
Dortmundda da möcüzə baş vermədi. “Şaxtyor” böyük hesabla qələbə qazanmaqla yanaşı, rəqiblərinin büdrəməsinə də ümid etməliydi. “Borussiya” inamlı qələbə qazandı, hərçənd bunun bir əhəmiyyəti də yox idi – komanda pley-off oyunları zonasında qaldı. Hissənin üçdəbiri arxada qalandan sonra Adeyemenin zərbəsi Girassidən səkib tora düşdü. Təzyiqi davam etdirən meydan sahibləri fasilə ərəfəsində ikinci dəfə fərqləndi. Komandalar paltardəyişmə otağından dönəndən sonra Qomes fərqi azaltsa da, “Şaxtyor”un bundan artığına gücü çatmadı. Donetsklilərin hesabı bərabərləşdirməsi yox, “Borussiya”nın 3-cü qolu vurması daha real idi ki, belə də oldu.
İndiyə qədər haqqında danışdığımız oyunların hər birində 3-dən artıq qol vurulmuşdusa, “Sportinq” – “Bolonya” oyununda tərəflər məhsuldar heç-heçəyə razılaşdı. İtaliya klubu onsuz da mübarizəni dayandıracaqdı, amma bu 1 xal portuqaliyalıları pley-offa daşıdı. “Yanq Boyz” – “Srvena Zvezda”, “Şturm” – “Leyptsiq” oyunlarının heç bir turnir əhəmiyyəti yox idi. Hər halda, Serbiya və Avstriya klubları turnirdə 2-ci qələbəsini qazandı.
əsas mərhələ, 8-cı tur
PSV – Liverpul 3:2 (3:2)
PSV (Eyndhoven, Niderland): Benites, Karsdorp (Ledesma, 66), Boskalyi, Obispo (Naqalo, 76), Junior, Bakayoko, Land, Verman, Saybari (Drioş, 76), Til (Babadi, 90+2), Pepi (L.de Yonq, 76).
Liverpul (İngiltərə): Kelleher, Bredli, Kuansa, Robertson (Nyoni, 64), Simikas, Endo, Makkonnell, Elliott, Kyeza, Danns (Nallo, 83), Qakpo (Morton, 51).
Qollar: Qakpo, 28-p. (0:1). Bakayoko, 35 (1:1). Elliott, 40 (1:2). Saybari, 45 (2:2). Pepi, 45+6 (3:2).
Vərəqələr: Karsdorp, 45+3. Verman, 45+3. Morton, 63. Elliott, 66 - sarı. Nallo, 87 – qırmızı.
Hakim: Tobias Ştiler (Almaniya).
29 yanvar. Eyndhoven. 35000 tamaşaçı.
Ştutqart – PSJ 1:4 (0:3)
Ştutqart (Almaniya): Bredlov, Vaqnoman (Sterjiu, 60), Əl-Daxil (Çeyz, 71), Şabo, Mittelştadt, Karazor, Ştiller (Rider, 71), Levelinq (Kaytel, 78), Miyo, Fürix, Undav (Demiroviç, 60).
PSJ (Fransa): Donnarumma, Hakimi (Ruis, 70), Markinyos, Paço, L.Ernandes (Beraldo, 70), Zair-Emeri, Neveş (Mayulu, 77), Vitinya, Dembele, Due (Li Kan İn, 60), Barkola (Ramuş, 70).
Qollar: Barkola, 6 (0:1). Dembele, 17 (0:2). Dembele, 35 (0:3). Dembele, 54 (0:4). Paço, 77-öz qapısına (1:4).
Vərəqələr: Ştiller, 53. Neveş, 66. Karazor, 70 – sarı.
Hakim: Davide Massa (İtaliya).
29 yanvar. Ştutqart. 60000 tamaşaçı.
Mançester Siti – Brügge 3:1 (0:1)
Mançester Siti (İngiltərə): Ederson, Nunyeş, Stounz, Akanci, Qvardiol, B.Silva, Kovaçiç, Gündoğan (Savinyo, 46), De Bruyne (Lüis, 81), Foden, Holann.
Brügge (Belçika): Minyole, Seys, Ordonyes, Mexele, De Kayper, Onyedika, Yaşari, Talbi (Skuras, 70), Vanaken, Dzolis (Vetlesen, 70), Cutqla (Verman, 70).
Qollar: Onyedika, 45 (0:1). Kovaçiç, 53 (1:1). Ordonyes, 62-öz qapısına (2:1). Savinyo, 77 (3:1).
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
29 yanvar. Mançester. 51237 tamaşaçı.
Bavariya – Slovan 3:1 (1:0)
Bavariya: Noyer, Kimmix, Stanişiç (Gerreyro, 84), Kim Min Ce, Boe (Qnabri, 62), Pavloviç, Sane, Olise, Müller (Musiala, 62), Tel (Koman, 62), Keyn.
Slovan (Bratislava, Slovakiya): Takaç, Bayriç, Kaşiya, Vimmer, Blekman, Savvidis, Soke (Mustafiç, 77), Suberu (Toliç, 77), Barseqyan (Mak, 70), Strelets (Metsoko, 70), Martselli (Medvedev, 62).
Qollar: Müller, 8 (1:0). Keyn, 63 (2:0). Koman, 84 (3:0). Toliç, 90 (3:1).
Vərəqələr: Blekman, 32. Savvidis, 81. Bayriç, 81 – sarı.
Hakim: Joao Pinyeyro (Portuqaliya).
29 yanvar. Münhen. 75000 tamaşaçı.
İnter – Monako 3:0 (2:0)
İnter: Zommer, Pavar, De Vrey, Bastoni (Auqusto, 59), Dyumfris (Darmian, 76), Asllani, Mxitaryan, Barella (Frattezi, 59), Dimarko, L.Martines (De Pyeri, 76), Türam (Arnautoviç, 59).
Monako (Fransa): Mayetski, Vanderson, Kerer (Teze, 46), Salisu, Mavissa, Zakariya, Kamara (Maqassa, 46), Akliuş (Enrike, 19), Qolovin (Ben Seqir, 79), Minamino (Mişal, 68), Embolo.
Qollar: L.Martines, 4-p. (1:0). L.Martines, 16 (2:0). L.Martines, 67 (3:0).
Vərəqələr: Zakariya, 3. Vanderson, 45+3. Pavar, 66. Asllani, 81 – sarı. Mavissa, 12 – qırmızı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
29 yanvar. Milan. 71601 tamaşaçı.
Borussiya D – Şaxtyor 3:1 (2:0)
Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuerson, Can, Şlotterbek, Bensebaini (Anton, 89), Zabitser, Bayer (Qross, 46), Brandt (Reyna, 64), Gittens (Kouto, 85), Girassi, Adeyemi (Dyuranvil, 64).
Şaxtyor (Donetsk, Ukrayna): Riznik, Tobias, Bondar, Matviyenko, Azarov (Pedro Enrike, 72), Krıskiv (Stepanenko, 89), Zubkov (Traore, 72), Qomes (Bondarenko, 84), Sudakov, Kevin, Pedrinyo (Neverton, 53).
Qollar: Girassi, 17 (1:0). Girassi, 44 (2:0). Qomes, 50 (2:1). Bensebaini, 79 (3:1).
Vərəqələr: Kevin, 25. Bayer, 27. Qomes, 58 – sarı.
Hakim: Qlenn Nüberq (İsveç).
29 yanvar. Dortmund. 81365 tamaşaçı.
Sportinq – Bolonya 1:1 (0:1)
Sportinq (Lissabon, Portuqaliya): İsrael, Fresneda, Diomande, İnasio, M.Arauxo, Yulmann, Debast (Simoynş, 50), Trinkan (Reys, 87), Braqansa (Kenda, 62), Katamo, Harder.
Bolonya (İtaliya): Ravalya, Holm (Likoyannis, 46), Beukema (Erliç, 46), Kasale, Miranda, İllinq-Cunior (Dallinqa, 79), Ferqyuson (Moro, 10), Pobeqa (Odqor, 75), Ndoy, Fabbian, Kastro.
Qollar: Pobeqa, 21 (0:1). Harder, 77 (1:1).
Vərəqələr: Holm, 22. Beukema, 41. Debast, 43. İllinq-Cunior, 44. Likoyannis, 56. Simoynş, 66. Erliç, 72. Yulmann, 87. Kenda, 90+3 – sarı.
Hakim: Benua Bastyen (Fransa).
29 yanvar. Lissabon. 37328 tamaşaçı.
Yanq Boyz – Srvena Zvezda 0:1 (0:0)
Yanq Boyz (Bern, İsveçrə): Keller, Blum, Kamara (Benito, 67), Zukru, Atekame, Lakomı (Çayva, 77), Lauper, Mal (Virjinyus, 46), İmeri (Elia, 61), Qanvula (İtten, 61), Monteyro.
Srvena Zvezda (Belqrad, Serbiya): Qteşa, Mimoviç, Drkuşiç, Ciqa, Sol Yun Vu, Kruniç, Elşnik, Silas (İliç, 83), Maksimoviç (Kanqa, 65), İvaniç, Ndiay (Duarte, 83).
Qol: Kanqa, 69.
Vərəqələr: Çayva, 82. Quteşa, 90+4 – sarı.
Hakim: Xəlil Umut Mələr (Türkiyə).
29 yanvar. Bern. 31500 tamaşaçı.
Şturm – Leyptsiq 1:0 (1:0)
Şturm (Qrats, Avstriya): Sherpen, Vütrix, Qayrhofer, Maliç, Qorents-Stankoviç, Lavale, Yalkuye, Çukvuani, Kiteişvili, Bevinq (Zvonarek, 90+4), Yatta (Kamara, 74).
Leyptsiq (Almaniya): Vandevoort, Zayvald (Simons, 65), Orban, Bitşiabu (Lükeba, 72), Qeertruyda (Klostermann, 84), Aydara, Vermeren, Nusa, Poulsen (Şeşko, 66), Baumqartner (Raum, 65), Openda.
Qol: Maliç, 42.
Vərəqələr: Aydara, 41. Lavale, 52. Yatta, 64 – sarı.
Hakim: Nikolay Balakin (Ukrayna).
29 yanvar. Klagenfurt. 26851 tamaşaçı.
Faktlar
* “Bavariya” ÇL-in qrup mərhələsində 34-cü ev oyununda da məğlub olmamaqla turnirdə yeni rekord müəyyənləşdirdi. Əvvəlki rekord ardıcıl 33 oyunda uduzmayan “Barselona”ya məxsus idi.
* Seru Girasso ÇL-in tarixində ardıcıl 9 oyunda qol və ya məhsuldar ötürmə ilə yadda qalan ilk afrikalı kimi düşdü. Ümumiyyətlə, əvvəllər bunu yalnız Van Nistelroy, K.Ronaldo, Levandovski və Mbappe bacarıb. Girassi ÇL-in cari mövsümündə hər 51 dəqiqədən bir hansısa məhsuldar hərəkət edir.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“PSV-yə məğlubiyyət? Gözlədiyim kimi, hadisələr və qollar ilə zəngin oyun oldu. Bunun əsas iki səbəbi var. Səbəblərdən biri odu ki, hər iki məşqçi rəqibə təzyiq göstərməyə, topu müdafiədən mümkün qədər tez irəli çıxarmağa çalışır. Bu üzdən bəzən müəyyən səhvlər görsək də, oyun həmişə canlı qalır. Digər səbəb ondan ibarətdi ki, hər iki komanda, xüsusən də “Liverpul” həmişəki kimi oynaçadı, əsas heyət oyunçularımız meydanda deyildi. Nəticədə müəyyən intriqa yarada bildik, xüsusən də gənc oyunçularımızın meydanda çox olduğunu nəzərə alsaq”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“İndi biz bu turniri qazana bilmərik. Qazandığımız ilə nəzər salsaq, onda mən həmişə qələbə haqda düşünürdüm. Mən çox praqmatikəm, reallıq da elə reallıqdı. Rəqiblər bizdən daha təcrübəlidi. Bəlkə də “Real” müəyyən çətinliklə yaşayırdı, ancaq son oyunlarda vəziyyəti yoluna qoydular. “Bavariya” Kompani ilə qeyri-adi mövsüm keçirir. Sabah bu komandalardan biri ilə oynasaydıq, bizə çətin olardı. Amma iki həftədən sonra nəyin necə olacağını bilmirəm. Yaxşı hazırlaşırıq, forma yığırıq, baxaq görək necə olur”.


Adi Hütter, “Monako”nun baş məşqçisi:

“İnter”i layiq olduğu qələbə münasibəti ilə təbrik etmək lazımdı. Oyunun əvvəli bizim üçün qorxunc oldu. Oyun artıq 12-ci dəqiqədə - Mavissa qırmızı vərəqə alanda bizim üçün bitdi. Gözlənildiyi kimi, “İnter” oyuna güclü başladı, biz isə yox. Belə vəziyyədə superkomanda ilə rəqabət aparmaq çətin olur”.


Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Çox şadam. Mövsümə qorxunc başladıq, turnir cədvəlində vəziyyətimiz yaxşı deyildi. Ancaq daim xal uğrunda mübarizə apardıq və sonda hədəfimizə çatdıq. Dembelenin het-triki? İndi bunu Usman bacardı, sonra Ramuş, Kvaratsxeliya və Due də edə bilər... Pley-off? İstənilən komandaya qarşı oynamağa hazırıq. Ən yaxşı şəkildə hazırlaşacağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri