Icma.az
close
up
RU
“Liverpul” azarkeşləri avtoqəzada həlak olan Dioqa Jotaya vəfa borclarını ödəyiblər

“Liverpul” azarkeşləri avtoqəzada həlak olan Dioqa Jotaya vəfa borclarını ödəyiblər

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Liverpul” azarkeşləri vəfat etmiş futbolçular Dioqo Jota və Andre Silvanın şərəfinə başlayan kütləvi futbol proqramını maliyyələşdirmək üçün 226,995 funt-sterlinqdən çox (təqribən 520 000 AZN) toplayıblar.

İdman.biz bu xəbəri “qırmızılar”ın rəsmi saytına istinadla verir.

“İyul ayında qardaşların faciəvi ölümün sonra fanatlar Dioqonun adını köynəklərinin arxasına yazaraq və ya klub mağazalarından xatirə köynəkləri alaraq onun xatirəsini ehtiramla yad ediblər. Bütün gəlirlər klubun Dioqonun şərəfinə kütləvi futbol proqramını inkişaf etdirən rəsmi xeyriyyə fonduna yönəldilib.

Bu günə qədər cəmi 226,995 funt sterlinq toplanıb ki, bu da birbaşa ümumi proqramın yaradılması və saxlanmasına gedəcək. Daha ətraflı məlumat daha sonra açıqlanacaq.

“Liverpul” digər daimi xatirə abidələri də yaradacaq: “Enfild”də qalan minlərlə gül kompostlanacaq və klubun bütün ərazilərindəki çiçək bağçalarında istifadə olunacaq.

Qalan əşyalar ixtisaslaşmış şirkət tərəfindən təkrar emal ediləcək və daimi memorial yaratmaq üçün istifadə olunacaq. Ziyarətçilərin öz ehtiramlarını ifadə edə bilmələri üçün stadionda müvəqqəti sahə saxlanılıb”, - məlumatda deyilir.

Bu il iyulun 3-də 28 yaşlı Jota İspaniyanın Samora əyalətində baş verən avtomobil qəzasında həlak olub. Qəzada onunla birlikdə qardaşı Andre Silva da ölüb. Jota “Paçuş de Ferreyra”, “Porto”, “Atletiko Madrid”, “Vulverhempton” və “Liverpul”da çıxış edib.

“Liverpul” 20 nömrəli formanı əbədi olaraq Jotaya verib. Bundan sonra “Liverpul”un heyətində 20 nömrəli futbolçu olmayacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Oktyabr 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri