Liverpul Bayer i yola gətirdi Virts bu qiymətə transfer olunacaq
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Almaniya millisinin yarımmüdafiəçisi Florian Virtsi transfer etmək istəyən "Liverpul" nəhayət ki, "Bayer Leverkuzen"lə razılığa gələ bilib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Ben Ceykobs yayıb.
Məlumata görə, İngiltərə nəhəngi bu keçid üçün "əczaçılar"a 117 milyon avro ödəyəcək. Bundan başqa, Bundesliqa təmsilçisi Vitrsin satışından müxtəlif bonuslar şəklində daha 18,7 milyon avro gəlir əldə edə biləcək.
Qeyd edək ki, geridə qalan mövsümdə Bundesliqada 31 matça çıxan 22 yaşlı Virts 10 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Çempionlar Liqasındakı statistikası ilə belədir: 9 oyun, 6 qol və 1 məhsuldar ötürmə.
Nihat
Baxış sayı:114
Bu xəbər 13 İyun 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















