Icma.az
close
up
RU
“Liverpul” çempionluğa doğru növbəti addımı atdı

“Liverpul” çempionluğa doğru növbəti addımı atdı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Liverpul”un çempionluğu zaman məsələsidi. “Qırmızılar” hesabat turunda növbəti qələbəsini qazandı.

"Football-plus.az" xəbər verir ki, onların ən yaxın izləyicilərindən “Arsenal” da xal itirdi, “Nottingem Forest” də. Mançester təmsilçiləri fərqli nəticə göstərdi – “Siti” darmadağın etdi, “Yunayted” eyni aqibətlə üzləşdi.
“Fulhem”ə məğlubiyyətin ardından “Liverpul”a qələbə lazım idi. İlk dövrədə “Vest Hem”in qapısından 5 cavabsız top keçirən lider indi eyni uğuru evdə təkrarlamalıydı. Dias 18-ci dəqiqədə Salahın asmasından sonra hesabı açanda hər şeyin elə məhz belə olacağını düşünmək olardı. Ancaq fasilədən sonra favorit arxayınlaşdı, rəqib isə Alissonun qapısı önündə tez-tez görünməyə başladı. Oyunun belə axarı 86-cı dəqiqədə hesabın bərabərləşməsini şərtləndirdi, ona görə ki, Robertson topu öz qapısına göndərdi. Bununla belə, “Liverpul” qələbə topunu vurmaq üçün özündə güc tapdı. Van Diyk 89-cu dəqiqədə Makallisterin asmasını dəqiq baş zərbəsi ilə tamamladı. Uzatma dəqiqələrində Füllkruqun zərbəsi tirdən döndü. “Qırmızılar” sona 6 tur qalmış “Arsenal”la xal fərqini 13-ə çatdırdı. Onlar elə növbəti turda çempionluğu bayram edə bilər.
“Arsenal” “Brentford”la ev oyununda 2 xal itirdi. London derbisi aşağı tempdə başladı ki, bu da “arılar” üçün sərfəli idi. Düzdü, “topçular” zaman-zaman hesabı açmaq imkanı qazanırdı. Fasilə ərəfəsində top qonaqların qapı torunu silkələdi. Ancaq Tirninin vurduğu qol ofsayd üzündən sayılmadı. Sayılmayan qol “Arsenal”ı bir qədər də qıcıqlandırdı. Zinçenko, Rays və Trossar rəqib qapısını “atəşə tutdu”. Fasilədən sonra da oyunun axarı dəyişmədi. Künc zərbəsinin ardından Parti, nəhayət, hesabı açdı. Amma “arılar” ruhdan düşmədi və 13 dəqiqə sonra tablodakı rəqəmlər eyni oldu. Jorjinyo zədələnəndən sonra azlıqda qalan “Arsenal” sonda istədiyi şəkildə təzyiq göstərə bilmədi. Son 7 çempionat oyununda 5-ci dəfə xal itirən “topçular” faktiki çempionluq yarışından çıxıb.
Girişdə liderin izləyicilərindən danışarkən “Nottingem Forest”in ardını şərti işlətdik. “Meşəçilər” hesabat turunda evdə gözlənilmədən “Everton”a uduzdu. Halbuki qələbə onlar üçün 2-ci yer uğrunda mübarizə aparmaq perspektivi açacaqdı.
“Kristal Pelas”la ev oyunu “Mançester Siti” üçün asan keçmədi. Parlaq məğlubiyyətsiz oyunlar seriyasına malik “qartallar” “Etihad”da xal xal qazanmaq istəyirdi. Londonlular oyuna cəsarətli başladı. Artıq 21-ci dəqqədə tabloda 0:2 hesabı “yanırdı”. “Siti”nin müdafiəsini asanlıqla yaran “qartallar” hətta 3-cü qolu da vurdu, ancaq bu dəfə ofsayddan. Yalnız bundan sonra meydan sahibləri silkələndi. “Şəhərlilər” rəqibi hücumu unutmağa məcbur etdi, qol vəziyyətlərini sıralamağa başladı. De Bruyne 33-cü dəqiqədə cərimə zərbəsi ilə fərqi azaltdı. Cəmi 3 dəqiqə sonra onun ötürməsini Marmuş qola çevirdi. Fasilə də “Siti”nin hücum ehtirasını yatırmadı. 2-ci hissədə onların irəli çıxması üçün 79 saniyə bəs etdi. Kovaçiç qapının sol küncünə bilyard zərbəsi vurdu. Bu qol “Pelas”ı əməllicə ruhdan saldı. Makeyti 56-cı dəqiqədə qonaqların müqavimət əzmini bir qədər də qırdı. Sona az qalmış isə О`Rayli 5-ci topu rəqib qapısından keçirdi. Möhtəşəm geridönüşü reallaşdıran “Siti” “ÇL zonası”nda – 5-ci pillədə qərarlaşıb. Artıq xəbər verdiyimiz kimi, İngiltərəni növbəti mövsüm bu turnirdə ən azı 5 komanda təmsil edəcək.
Eyni hədəf uğrunda mübarizə aparan “Çelsi” “İpsviç”lə qarşılaşdı. “Zadəganlar” oyunun əvvəlində bir neçə təhlükəli vəziyyət yaratdı. Cekson topu dirəyə vurdu, Maduekenin zərbəsindən sonra “traktorçular”ı qapıçı xilas etdi. Oyunun belə axarı fonunda Enkisonun 19-cu dəqiqədə “İpsviç”i irəli çıxarması təəccüb doğurdu. Ardından onun assistentlik etdiyi Conson fərqi artırdı. Fasiləyə qədər oyunun axarını dəyişə bilməyən “Çelsi” 2-ci hissə başlayan kimi qollardan birinin əvəzini çıxdı. Daha doğrusu, qonaqların müdafiəçisi Tuanzebe “qapılar”ın yerini səhv saldı”. Bundan sonra oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Nəhayət, 79-cu dəqiqədə hesab bərabərləşdi. Sonradan meydana çıxan Sanço Palmerin ötürməsindən sonra topu uzaq küncə göndərdi. Heç-heçə tərəflərdən heç birini qane etməsə də, “Çelsi” qələbəyə daha artıq dərəcədə can atdı. Sonda qapıçı bir neçə dəfə “İpsviç”i xilas etdi.
“Nyukasl” da ÇL-də oynamaq həvəsini gizlətmir. “Sağsağanlar” bu mənada hədəfə doğru böyük addım atdı. Onlar avrokuboklara vəsiqə perspektivi yalnız Avropa Liqasını qazanmaqla bağlı olan “Mançester Yunayted”i darmadağın etdi. “Nyukasl” hissənin ortalarında Tonalinin zərbəsindən sonra irəli çıxdı. Ardından start heyətində yer alan Bayındır səhvə yol versə də, İsakın zərbəsini qaytara bildi. Meydan sahiblərinin 2-ci qola yaxın olduğu anlarda Qarnaço hesabı bərabərləşdirdi. 2-ci hissədə isə “Nyukasl” “at oynatdı”. Oyun canlanan kimi Barns “Nyukasl”ı önə keçirdi. Məhz o, 64-cü dəqiqədə Mazrauinin də səhvindən yararlandı. Müqaviməti dayandıran “qırmızı şeytanlar” sonda daha bir qol buraxdı. Bu dəfə türk qolkiper səhvə yol verdi – onun uzaqlaşdırmaq istədiyi top Gimaraynsa sıçradı, braziliyalı yarımmüdafiəçi 4-cü qolu vurdu.
“Tottenhem” də 4 qol buraxdı. Özü də turnir cədvəlinin aşağılarında qərarlaşan “Vulverhempton”dan. “Mahmızlar” artıq gələn mövsümün planlarını qura bilər. Turun qalan oyunlarına gəlincə, “Aston Villa” səfərdə “Sauthempton”u darmadağın etdi, elitadan gedəcəyi şübhə doğurmayan “Lester” səfərdə “Brayton”dan 1 xal aldı, dünən axşam keçirilən son oyunda isə “Bornmut” “Fulhem”dən üstün oldu.
32-ci tur
Liverpul – Vest Hem 2:1

Dias, 18. Van Diyk, 89 – Robertson, 86-öz qapısına. (60376)
Liverpul: Alisson, Bredli (Kuansa, 68), Konate, Van Diyk, Simikas (Robertson, 60), Qravenberx, Makallister, Salah (Endo, 84), Cons (Soboslai, 68), Dias, Jota (Qakpo, 60).
Arsenal – Brentford 1:1
Parti, 61 – Vissa, 74. (60184)
Arsenal: Rayya, Parti (Timber, 69), Saliba, Kivyor, Tirni (Lüis-Skelli, 62), Jorjinyo, Rays (Merino, 75), Zinçenko (Edeqor, 62), Nvaneri (Saka, 63), Trossar, Martinelli.
Mançester Siti – Kristal Pelas 5:2
De Bruyne, 33. Marmuş, 36. Kovaçiç, 47. Makeyti, 56. O’Rayli, 79 – Eze, 8. Riçards, 21. (52489)
MS: Ederson (Orteqa, 71), Lüis, Diaş, Qvardiol, O’Rayli, Niko, Kovaçiç (Qriliş, 87), Makeyti (Savinyo, 82), Gündoğan, De Bruyne (Dokyu, 87), Marmuş (Bobb, 82).
Çelsi – İpsviç 2:2
Tuanzebe, 46-öz qapısına. Sanço, 79 – Enkiso, 19. Conson, 31. (39805)
Çelsi: Sançes, Çaloba, Adarabioyo (Hüsto, 46), Koluill, Kukurelya, Fernandes, Kaysedo, Madueke (Sanço, 68), Palmer, Cekson (Nkunku, 87), Neto.
Nyukasl – Mançester Yunayted 4:1
Tonali, 24. Barns, 49; 64. Gimarayns, 77 – Qarnaço, 37. (52252)
MY: Bayındır, Mazraui (Şou, 79), Lindelöf, Yoro, Dalot, Uqarte, Eriksen, Amass (Dorqu, 55), Fernandeş (Maynu, 82), Qarnaço (Maunt, 55), Zirkzee (Heylunn, 55).
Vulverhempton – Tottenhem 4:2
Ayt-Nuri, 2. Spens, 38-öz qapısına. Strand Larsen, 64. Kunya, 86 – Tel, 59. Rişarlison, 85. (31463)
Tottenhem: Vikario, Qrey, Romero, Devis, Spens, Sarr (Berqvall, 55), Bissuma (Bentankur, 55), Meddison (Kulusevski, 75), Conson, Solanke (Rişarlison, 75), Tel.
Brayton – Lester 2:2
Pedro, 31-p.; 55-p. – Mavididi, 38. Okoli, 74. (31150)
Nottingem Forest – Everton 0:1
Dukure, 90+4. (30199)
Sauthempton – Aston Villa 0:3
Uotkins, 73. Malen, 79. Makqinn, 90+4. (30673)
Bornmut – Fulhem 1:0
Semenyo, 1. (11195)
1. Liverpul 32 23 7 2 74-31 76
2. Arsenal 32 17 12 3 57-27 63
3. Nottingem F. 32 17 6 9 51-38 57
4. Nyukasl 31 17 5 9 56-40 56
5. Mançester S. 32 16 7 9 62-42 55
6. Çelsi 32 15 9 8 56-39 54
7. Aston Villa 32 15 9 8 49-46 54
8. Bornmut 32 13 9 10 52-40 48
9. Fulhem 32 13 9 10 47-43 48
10. Brayton 32 12 12 8 51-49 48
11. Brentford 32 12 7 13 52-48 43
12. Kristal Pelas 31 11 10 10 41-40 43
13. Everton 32 8 14 10 34-38 38
14. Mançester Y. 32 10 8 14 38-45 38
15. Tottenhem 32 11 4 17 60-49 37
16. Vulverhempton 32 10 5 17 47-61 35
17. Vest Hem 32 9 8 15 36-54 35
18. İpsviç 32 4 9 19 33-67 21
19. Lester 32 4 6 22 27-72 18
20. Sauthempton 32 2 4 26 23-77 10
Bombardirlər: Salah (Liverpul) - 27, Holann (MS) - 21, İsak (Nyukasl) – 20, Vud (Nottingem Forest) - 18, Mbemo (Brentford) – 16.
Növbəti turun oyunları aprelin 19-21-i aralığında keçiriləcək: Brentford – Brayton, Kristal Pelas – Bornmut, Everton – Mançester Siti, Vest Hem – Sauthempton, Aston Villa – Nyukasl, Fulhem – Çelsi, İpsviç – Arsenal, Mançester Yunayted – Vulverhempton, Lester – Liverpul, Tottenhem – Nottingem Forest.
Turun rəqəmi
45 – Salah premyer-liqanın bir mövsümündə “qol+ötürmə” sistemi üzrə xal sayına görə yeni rekord müəyyənləşdirdi. Misirli ulduz artıq 27 qol vurub və 18 məhsuldar ötürmə verib. O, 2002/03 mövsümündə bu sistem üzrə 44 xal toplayan “Arsenal”ın sabiq hücumçusu Tyerri Anrinin rekordunu yenilədi. Holann da 2022/23 mövsümündə 44 məhsuldar hərəkətlə yadda qalıb.
Turun ulduzu
Harvi Barns (Nyukas) – sadəcə, qarşısıalınmaz idi. Ötürmələri dəqiq idi, driblinq edirdi, müdafiəçilərin köməyinə gəlirdi. Əsl hücumçu kimi oynadı – qapıya iki zərbə və iki qol.
Turun sitatı
Roy Kin, MY-nin sabiq yarımmüdafiəçisi: “Mançester Yunayted” fiziki və mənəvi cəhətdən zəif komandadı. “Yunayted” rəqibin tempinə uyğunlaşa bilmədi, haqq etdiyi nəticəni aldı. Oyundan əvvəl bu komanda ilə bağlı yaxşı əlamətlərdən danışırdılar, amma mən heç nə görmədim. İndicə mən daha bir pis oyun – xüsusən də 2-ci hissədə - gördüm”.
Faktlar
* MS-nin 33 yaşlı yarımmüdafiəçisi De Bruyne Qvardiola bu komandanın “sükanı arxasına” keçəndən bəri (2016-dan) premyer-liqada cərimə meydançası xaricindən ən çox qol vurub. Belçikalı ulduz bu müddətdə 28 belə qolun müəllifi olub. 2-ci yerdə 21 qolla “Tottenhem”in sabiq hücumçusu Keyn qərarlaşıb.
* Ederson Makeytinin qol vurduğu hücumu başladı. Braziliyalı qolkiper cari mövsümdə 4-cü dəfə məhsuldar ötürmə verdi. Əvvəllər heç bir qapıçının bir mövsümdə ikidən artıq belə ötürməsi olmayıb. Ümumiyyətlə, Ederson premyer-liqa oyunlarında 7 dəfə assistentlik edib.
* “Nyukasl” cari mövsümdə 2-ci dəfə MY-yə qalib gəldi. MY 1930/31 mövsümündən bəri heç vaxt bu rəqibə bir mövsümdə iki dəfə uduzmamışdı. Xatırladaq ki, 1-ci dövrənin dekabrın 30-da “Old Trafford”da keçirilən oyunu meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə bitmişdi.
* “Tottenhem” son 20 ildə ən pis göstəricisinə imza atıb. “Mahmızlar” çempionatda 17-ci məğlubiyyətini alıb. Onlar sonuncu dəfə 2003/04 mövsümündə oxşar halla üzləşmiş, 19 məğlubiyyətə üzülmüşdü. “Tottenhem” həmçinin aşkar autsayderlər - “Lester” və “Sauthempton”dan sonra premyer-liqanın cari mövsümündə 10 və ya daha çox səfər oyununda uduzan 3-cü komandadı.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Sonda qol vurmaq... Çox vaxt artıran hakimləri bəyənirəm, xüsusən də rəqib “vaxt öldürəndə”. PSJ-yə uduzandan bəri meydana yenə də yalnız qələbə hədəfi ilə çıxırıq. Biz asan qələbə qazanmırıq. Bu il nəyəsə nail olsaq, bu, ilk növbədə komandanın əhval-ruhiyyəsi, köklənməsi ilə bağlı olacaq”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Nəticəyə görə məyusam. Qapımıza qolun vurulmasına səbəb olan künc zərbəsinə görə daha çox. Həmin vaxt oyunun axarına tam nəzarət edirdik. Rəqibə dəfələrlə cərimə meydançamıza daxil olmaq imkanı verdik. Belədə qapımız önündə xaos yarandı. Belə oynamaq olmaz”.


Ruben Amorim, MY-nin baş məşqçisi:

“Niyə tənqid olunduğumuzu anlayıram. Məğlubiyyətdən pis heç nə yoxdu. Adamlar istədiyini danışıa bilər – heç nə izah etmək fikrində deyiləm. Hansısa cavab lazımdısa, turnir cədvəlinə baxmaq kifayətdi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri