Liverpul favorit hesab olunur mütəxəssislərin proqnozu
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasının veteran futbolçuları 2025/2026 mövsümündə ilk 4 pillədə yer alacaq klubları proqnozlaşdırıblar.
İdman.biz xəbər verir ki, Goal.com saytının sorğusunda Alan Şirer, Rio Ferdinand, Stiven Cerrard, Cermeyn Defo və Teo Uolkott iştirak ediblər.
Tanınmış mütəxəssislərin hamısı hazırki çempion "Liverpul"u favorit sayıblar. Onların heç biri klublararası dünya çempionatının qalibi "Çelsi"ni ilk "üçlüy"ə daxil etməyiblər.
İngiltərə Premyer Liqasında 2025/2026 mövsümündə Top-4:
Stiven Cerrard:
"Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi".
Rio Ferdinand:
"Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi".
Alan Şirer:
"Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi".
Teo Uolkott:
"Liverpul", "Mançester Siti", "Arsenal", "Çelsi".
Cermeyn Defo:
"Liverpul", "Mançester Siti", "Çelsi", "Arsenal".
İdman.biz

