Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

“Liverpul” Florian Virtsin transferini bitirdi

“Liverpul” Florian Virtsin transferini bitirdi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Liverpul” İngiltərə premyer-liqasının tarixində ən baha transferi gerçəkləşdirdi – Florian Virts bu komandanın oyunçusu kimi ictimaiyyətə təqdim olundu. Son çempion ciddi xərcə düşdü, ancaq Arne Slot alman yarımmüdafiəçiyə çox inanır.

"Football-plus.az" xəbər verir ki, Almaniya yığmasının ulduzu “qırmızılar”la 2030-cu ilə qədər müqavilə imzalayıb. “The Athletic” yazır:

“Virtsin həftəlik maaşı 230 min avrodu. Bu, Vircil van Diyk və Məhəmməd Salahdan sonra 3-cü ən yüksək maaşdı. Bonusları da nəzərə alsaq, həftəlik maaş 285 minə çata bilər”.


“Transfermarkt”a inansaq, mersisaydlılar “Bayer-04”ə 22 yaşlı futbolçuya görə 125 milyon avro ödəyib. Beləcə Florian premyer-liqanın tarixinə ən baha transfer kimi düşdü. O, 2022/23 mövsümündə “Benfika”dan “Çelsi”yə 121 milyona keçən Entso Fernandesi arxada qoydu.
Alman yarımmüdafiəçiyə “Liverpul”la yanaşı, “Mançester Siti” və “Bavariya” da iddia edirdi. Əlbəttə, “Bayer-04” də liderini saxlamağı arzulayırdı, ancaq Xabi Alonsonun “Real”a gedişindən sonra pul qazanmağın və yeni komanda qurmağın vacibliyi aydın oldu.
Keçid rəsmiləşəndən sonra Virts “Liverpul”un mətbuat xidmətinə açıqlama verib:

“Xoşbəxt və qürurluyam. Nəhayət, transfer bitdi, bunu çox gözlədim. Artıq hər şey arxadadı. Məni burda gözləyən yeni çağırışa görə həyəcanlanıram. Bu vacib məqamdı: bundesliqanı tərk edib premyer-liqaya gəlməklə tam yeni variantı sınamaq istədim. Daha da yaxşı oynayacıma ümid edirəm”.


“Bayer-04” sabiq futbolçusu ilə çox isti şəkildə vidalaşıb:

“Bəzi vidalaşmalar zamanı lazımi sözlər tapmaq çox çətindi. “Bayer-04” deyir: “Sağ ol, Flo”. Qara-qırmızı rənglərdə keçən 5,5 ilə, qeyri-adi səyahətə görə. Florian Virts “Liverpul”a keçir, ancaq o, həmişə “Bayer-04” ailəsinin bir hissəsi olacaq. Bu, Florian Futbol Allahı Virtsə vida məktubudu”.


Xatırladaq ki, 22 yaşlı xavbek leverkuzenlilərin heyətində keçirdiyi 197 oyunda 57 qol vurub və 65 məhsuldar ötürmə verib.
Florian açıq ara fərqlə “Liverpul” tarixinin ən baha transferidi: əvvəlki rekord vaxtilə 85 milyon müqabilində “Enfild”ə köçən Darvin Nunyesə məxsus idi.
Virts indiki Almaniya yığmasının əsas istedadıdı, öz nəslinin ən parlaq nümayəndələrindən biridi. O, parlaq driblinq bacarığına malikdi: cüssəsindən əla yararlanır, təkbaşına təhlükəli vəziyyətlər yarada bilir. “Liverpul”un rəqibləri əsasən aşağı blokla müdafiə olunur, Flo isə belədə Slotun komandasına müdafiə xəttini yarmaqda asanlıqla yardım edəcək.
“Bayer-04”ün sabiq baş məşqçisi Xabi Alonso Virtsi Lionel Messi ilə müqayisə edirdi:

“Yaxşı oyunçular və meydanda yaxşı görünən futbolçular var. Sonuncular gözəl, ancaq mütləq lazım olmayan effektiv işlər görür. Messi niyə bu dərəcədə yaxşıdı? Ona görə ki, necə və nə vaxt sadə ötürmə verməli olduğunu bilir.
Messi deyir ki, yaxşı mövqedəsənsə, buyur, bu da top. Florian da buna qadirdi. Buna görə yaxşıdı”.


Əlbəttə, istənilən futbolçu kimi Florianın da çatışmazlıqları var. O, bəzən qərar verməkdə ləngiyir: xüsusən də əks-hücumlar zamanı bu çatışmazlıq gözə dəyir. Bəzən qeyri-adi gediş tapmağa çalışarkən yersiz top itkisi ilə yadda qalır. Ancaq Slotun əlinin altında bütün bu çatışmazlıqlar üzərində işləmək mümkündü.
Niderlandlı mütəxəssis son mövsümdə top səviyyəli məşqçi olduğunu sübut etdi. Özü də təkcə istedadları inkişaf etdirməklə yox, həm də Van Diyk ilə Salaha “ikinci gəncliyini yaşamağa” kömək etməklə.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyul 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri