Liverpul fransalını almaq istədi, Çelsi razılaşmadı
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Liverpul" "transfer pəncərəsi"nin son günündə "Çelsi"nin müdafiəçisi Malo Qustonu heyətinə qatmaq üçün son cəhdini edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabris Hokins məlumat yayıb.
Məlumata görə, Mersisayd təmsilçisi 23 yaşlı fransalı futbolçunu yalnız satınalma öhdəliyi olmayan icarə əsasında transfer etmək istəyib. Lakin "Çelsi" Qustonun yalnız birdəfəlik satışı ilə bağlı təkliflərə açıq olub.
Tərəflər arasında razılıq əldə olunmayıb. "Liverpul"un isə Qustonu birdəfəlik transfer etmək üçün kifayət qədər maliyyə imkanına malik olmadığı bildirilib.
Beləliklə, Malo Qusto "Çelsi"də qalıb.
Bu mövzuda digər xəbərlər:“Liverpul” “Çelsi” ilə bacarmadı
09 May 2026 17:31
“Liverpul”dan “Çelsi”yə İdmanXəbər
21 Noyabr 2024 12:10
“Çelsi” və “Liverpul” onu istəyir
01 İyul 2025 11:38
Liverpul uduzdu, Çelsi dən qələbə
28 Sentyabr 2025 02:08
“Liverpul” “Çelsi” duelində qalib müəyyənləşmədi
09 May 2026 18:55
Baxış sayı:48
Bu xəbər 02 Sentyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















