“Liverpul” İngiltərə futbol tarixinin ən bahalı transferini etdi
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbol üzrə Almaniya milli komandasının yarımmüdafiəçisi Florian Virts Almaniyanın “Bayer” klubundan İngiltərənin “Liverpul” klubuna keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Liverpul”un mətbuat xidməti məlumat yayıb.
Jurnalist Florian Plettenberqin sözlərinə görə, bu müqavilə “Liverpul”a 130-135 milyon avroya başa gəlib.
Virtsin transferi “Liverpool” və İngiltərə futbolu tarixində ən bahalı transfer olub. Əvvəlki klub rekordu 2022-ci ilin yayından, komandanın siyahısına uruqvaylı hücumçu Darvin Nunesin qoşulduğu vaxtdan bəri qeydə alınıb.
“Transfermarkt” portalının məlumatına görə, “Liverpul” futbolçu üçün 85 milyon avro ödəyib.
Xatırladaq ki, İngiltərə futbolu üçün rekord transfer argentinalı yarımmüdafiəçi Enzo Fernandezin 2023-cü ilin qışında 121 milyon avroya “Çelsi”yə transferi olub.
Bu mövzuda digər xəbərlər:Liverpul İngiltərə futbolunun ən bahalı transferini edir
01 Sentyabr 2025 13:50
Qarabağ “Liverpul” tarixinin ən bahalı transferini Bakıya gətirir son dəqiqə
14 Avqust 2025 15:04
Liverpul futbol tarixinin ən bahalı müdafiəçi transferinə hazırlaşır
06 Noyabr 2025 17:26
Liverpul tarixinin ən bahalı transferinə hazırlaşır
13 İyun 2025 18:33
Liverpul klub tarixinin ən bahalı transferinə yaxınlaşıb
19 İyun 2025 12:41
Baxış sayı:77
Bu xəbər 21 İyun 2025 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















