Liverpul macarıstanlı müdafiəçi üçün 40 milyon funt sterlinq təklif edəcək
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bornmut"un müdafiəçisi Miloş Kerkez Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" macarıstanlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
Mersisayd klubu Kerkezi yayda heyətinə qatmağı planlaşdırır. "Liverpul" 21 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon funt-sterlinqlik təklif göndərəcək.
Qeyd edək ki, "Bornmut" Miloş Kerkezi 2023-cü ilin iyul ayında "AZ Alkmar"dan transfer edib. Macarıstan millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Liverpul braziliyalı müdafiəçi üçün 50 milyon funt sterlinq təklif edəcək
17 Mart 2025 18:24
Liverpul 40 milyon funt sterlinqə müdafiəçi transfer etdi RƏSMİ
26 İyun 2025 15:26
Liverpul a 25 milyon funt sterlinq təklif edəcəklər
31 Mart 2025 22:03
Liverpul futbolçusu üçün 75 milyon funt sterlinq tələb edir
29 May 2025 15:51
Liverpul 40 milyon avroya müdafiəçi transfer etdi
20 İyun 2025 15:42

