Liverpul meri xəsarət alan azarkeşlərin son durumu haqqında açıqlama verib
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Liverpul şəhərinin meri Stiv Roteram ötən gün çempionluğu qeyd edərkən xəsarət almış "Liverpul" azarkeşlərinin son durumu haqqında məlumat verib.
Oxu.Az xəbər verir ki, onun açıqlamasını BBC agentliyi dərc edib.
"Dörd nəfər hələ də xəstəxanadadır, onların tezliklə sağalacağına ümid etmək qalır. Ümid edirik ki, onlar bu çətin vəziyyətdən çıxa biləcəklər. Biz polis və təcili yardım xidməti ilə əlaqədəyik", - deyə mer vurğulayıb.
Xatırladaq ki, ötən gün Böyük Britaniya vətəndaşı idarə etdiyi avtomobili İngiltərə Premyer Liqasında çempionluğunu qeyd edən "Liverpul" azarkeşlərinin üzərinə sürüb. Nəticədə 50 nəfərə yaxın şəxs xəsarət alıb. Xəsarət alanlardan 27 nəfər xəstəxanaya yerləşdirilib. Onların içində dörd nəfər uşaq da var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 May 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















