“Liverpul” “Real”ın hücumçusuna göz dikdi Endrik üçün hərəkətə keçə bilər
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Madrid “Real”ının hücumçusu Endrik “Liverpul” futbol klubunun maraq dairəsinə düşüb.
İdman.Biz “Topskills Sports UK”a istinadən xəbər verir ki, İngiltərə klubu futbolçuların zədələri ilə bağlı yaranan kadr problemləri fonunda hücum xəttini gücləndirmək variantlarını araşdırır.
Məlumata görə, “Liverpul” qış transfer pəncərəsində 20 yaşlı braziliyalını heyətinə qatmaq imkanını nəzərdən keçirir.
“Real”ın baş məşqçisi Joze Mourinyo Endrikə tez-tez oyun şansı vermir. Bununla əlaqədar Madrid klubu hücumçunun həm icarəsi, həm də tam transferi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.
Endrikin “Real”la müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub. Braziliyalı futbolçunun bazar dəyəri “Transfermarkt” tərəfindən 40 milyon avro (80 milyon manat) qiymətləndirilir.
Baxış sayı:93
Bu xəbər 29 Sentyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















