Liverpul rəhbərliyi Salahla bağlı mövqeyini dəyişdi SON DURUM
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Liverpul" rəhbərliyi komandanın hücumçusu Məhəmməd Salahla bağlı mövqeyini dəyişib.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən jurnalist Devid Ornşteyn yayıb.
Xəbərə görə, İngiltərə klubu nəhayət ki, misirli ulduza yeni müqavilə təklif edib. Mənbə anlaşmanın şərtlərini açıqlamasa da, Monun indiki komandasında qalmaq ehtimalının artdığını vurğulayıb.
Daha öncə Salah "Liverpul"dan hər hansı təklif almadığını bəyan etmişdi.
Xatırladaq ki, sözügedən oyunçu cari mövsüm bütün turnirlərdə 21 matça çıxaraq 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Məhəmmədin "qırmızılar"la indiki sözləşməsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.
Nihat

Liverpul rəhbərliyi Salahla bağlı mövqeyini dəyişdi SON DURUM
10 Dekabr 2024 19:52
“Liverpul” Salahla anlaşdı
09 Aprel 2025 22:41
“Liverpul” Salahla razılaşa bilmir
13 Noyabr 2024 12:25
Liverpul Salahla razılaşa bilmir
13 Noyabr 2024 11:18
“Liverpul” Salahla anlaşdı İdmanXəbər
26 Dekabr 2024 11:04

