“Liverpul” rəhbərliyi Slot üçün mövsümün prioritet hədəflərini müəyyən edib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Liverpul”un baş məşqçisi Arne Slotun gələcəyi komandanın hazırkı nəticələrinə görə qeyri-müəyyən olaraq qalır.
İdman.Biz bildirir ki, ingilis klubunun rəhbərliyi niderlandlı mütəxəssisi Premyer Liqa titulunu qazanmaq üçün prioritet hədəfindən əl çəkərək, səylərini Çempionlar Liqası və İngiltərə Kubokuna yönəltməyə çağırıb. Bu barədə “The Touchline” məlumat verib.
Slotun istefası cari mövsümün sonunda baş verə bilər. Kubok qazanmaq Slotun mövqeyini qoruması üçün əsas şərtdir. Bundan əlavə, “mersisaydlılar” növbəti mövsüm üçün Çempionlar Liqasının qrup mərhələsində yer almalıdırlar. Bu məqsədlərə çatılmazsa, hollandiyalı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilə bilər. 46 yaşlı məşqçinin hazırkı müqaviləsi 2024-cü ildə imzalanıb və 2027-ci ilin yayına qədər qüvvədədir.
“Liverpul” hazırda 25 oyundan sonra 39 xalla Premyer Liqa turnir cədvəlində altıncı yerdədir. “Mersisaydlılar” İngiltərə Kubokunun dördüncü raunduna vəsiqə qazanıblar. Klub Çempionlar Liqası kampaniyasını 1/8 finalda davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 11 Fevral 2026 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















