Liverpul sabiq futbolçusunu qaytarmaq istəyir
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Fulhem"in futbolçusu Harri Uilson Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" uelsli vingeri heyətinə qatmaq istəyir. Bu barədə "TEAMtalk" məlumat yayıb.
Uilsonun klubu ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan "qırmızılar" mövsümün sonunda azad agent statusunda olacaq 29 yaşlı oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.
Təcrübəli futbolçu ilə "Tottenhem" də yaxından maraqlanır.
Qeyd edək ki, Harri Uilson "Liverpul"un yetirməsidir. Uels millisinin üzvü 2021-ci ilin yayında Mersisayd təmsilçisindən 14 milyon avro qarşılığında "Fulhem"ə keçib. O, cari mövsümdə London klubunun heyətində meydana çıxdığı 34 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:299
Bu xəbər 04 Aprel 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















