Liverpul səs küylü qış transferinə hazırlaşır
Icma.az, Lent az saytına istinadən bildirir.
"Liverpul" qış transfer pəncərəsi dövründə heyətini gücləndirməyi düşünür.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, mersisayd klubu yanvar ayında yeni oyunçuya xeyli pul xərcləyə bilər.
Mənbənin məlumatına görə, "qırmızılar"ın əsas seçimlərindən biri hazırda "Monako"da oynayan 22 yaşlı yarımmüdafiəçi Lamin Kamaradır.
Fransız klubu oyunçuya yüksək qiymət verir və ondan asanlıqla ayrılmaq niyyətində deyil. Buna görə də, "Liverpul" transferi təmin etmək üçün inandırıcı maliyyə təklifi verməli olacaq.
"Transfermarkt"ın məlumatına görə, Kamaranın bazar dəyəri 55 milyon avrodur. Lakin ingilis klubu bu qış seneqallı oyunçunu transfer etmək üçün çox güman ki, 70-75 milyon avro arasında pul ödəməli olacaq.
Kamara bu mövsüm "Monako"da on oyun keçirib və iki qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 20 Oktyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















