Liverpul un qapıçısı: “Bu, yəqin ki, həyatımın ən yaxşı matçı idi”
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Liverpul"un qapıçısı Alison Bekker komandasının Çempionlar Liqasının 1/8 finalında PSJ ilə ilk görüşdə (1:0) qazandığı qələbəni şərh edib. Sport24.az xəbər verir ki, o, BBC-yə açıqlamasında layiqli qələbə qazandıqlarını bildirib:
"Bu, yəqin ki, həyatımın ən yaxşı matçı idi. Məşqçi bizə PSJ-yə qarşı oynamağın nə qədər çətin olacağını, onların topa nəzarətdə nə qədər güclü olduğunu və əziyyət çəkməli olacağımızı söylədi. Bizi nələrin gözlədiyini bilirdik.
Biz çox çalışdıq. Komanda qələbə qazanmaq üçün çox səy göstərdi. Və sonra sonda Elliott meydana çıxdı və qol vurdu - bu, bizim üçün əla hekayədir. Möhtəşəm gecədir".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 11-də baş tutacaq.
Baxış sayı:72
Bu xəbər 06 Mart 2025 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















