Liverpul un yayda vidalaşmaq istədiyi 5 futbolçu müəyyənləşdi ADLAR
Icma.az, Fanat saytına istinadən bildirir.
"Liverpul"un yay transfer dönəmində vidalaşmağı hədəflədiyi futbolçuların adları bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Florian Plettenberq yayıb.
Məlumata görə, "qırmızılar"ın rəhbərliyi qapıçı Kivin Kelleher, yarımmüdafiəçilər - Vataru Endo və Harvi Elliott, hücumçular - Federiko Kyeza və Dioqu Jota ilə əməkdaşlığa son qoymaq niyyətindədir. Mənbə İngiltərə nəhənginin mövsümün sonunda heyətinə bir neçə yeni futbolçu cəlb edəcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, 29 oyuna 70 xal toplayan "Liverpul" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. Arbe Slotun çalışdırdığı kollektiv ən yaxın izləyicisi "Arsenal"ı 15 xal qabaqlayır.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 11 Mart 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















