Liverpul un yeni transfer hədəfi: Luis Suares Premyer Liqaya yollanır?
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Luis Suares karyerasını İngiltərənin "Liverpul" komandasında davam etdirməyə yaxındır.
Oxu.Az xəbər verir ki, Mersisayd təmsilçisi 28 yaşlı kolumbiyalı hücumçunu öz rənglərinə bağlamaq üçün ciddi səy göstərir.
Cari mövsümün sonunda Lissabon təmsilçisi ilə yollarını ayıracağı ehtimal edilən istedadlı forvard uğrunda İngiltərənin digər iddialı klubu "Nyukasl Yunayted" də mübarizə aparır.
Xatırladaq ki, Luis Suares 2025-ci ildən etibarən "Sportinq"in formasını geyinir. Kolumbiyalı oyunçu bu mövsüm çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 42 matçda meydana çıxaraq, 33 qol və 7 məhsuldar ötürmə ilə möhtəşəm performans nümayiş etdirib.
Təcrübəli hücumçunun Lissabon klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Baxış sayı:193
Bu xəbər 31 Mart 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















