“Liverpul” və “Kristal Palas”ın nümayəndələri “Qarabağ”ın oyununu İZLƏYƏCƏK
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
“Qarabağ”ın Avropa Liqasında Lion “Olimpik”i ilə keçirəcəyi oyun skautların diqqət mərkəzində olacaq.
Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, Bakıdakı matçı izləyənlər arasında İngiltərə klublarının nümayəndələri də olacaq.
Məsələ burasındadır ki, lionluların yarımmüdafiəçisi Rayan Şerki bir neçə klubun maraq dairəsindədir. Xüsusən də İngiltərə təmsilçiləri “Kristal Pelas” və “Liverpul” 21 yaşlı oyunçunu mövsümün sonunda heyətinə qatmağın planlarını qururlar.
“Kristal Pelas”ın skautları Şerkinin cari mövsümdəki bir neçə matçını izləyiblər. Onlar hətta “Qarabağ”la qarşılaşmada da fransalı pleymeykeri diqqət mərkəzində saxlayacaqlar.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik” oyunu saat 21:45-də başlayacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 25 Noyabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















