Icma.az
close
up
RU
“Liverpul” Virtsə görə 135 milyon ödəməyə hazırdı!

“Liverpul” Virtsə görə 135 milyon ödəməyə hazırdı!

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belə görünür ki, Florian Virtsin “Liverpul”a keçidi qarşıdakı günlərdə gerçəkləşəcək.

"Football-plus.az" xəbər verir ki, İngiltərə çempionu futbolçunun razılığını alıb və “Bayer-04”ə də 135 milyon avro ödəməyə hazırdı. Halbuki bir neçə həftə əvvəl hər kəs Leverkuzen klubunun əsas ulduzunun “Bavariya”ya keçəcəyini deyirdi. “Liverpul” Virtsin ailəsini inandırmağı bacardı. Bunun üçün tərəflər İngiltərədə görüşüb.
“Liverpul”un Virts uğrunda mübarizəyə ciddi şəkildə qoşulması haqqında ilk xəbərlər mayın ilk həftəsində yayıldı. Onda Almaniya mediası iddia edirdi ki, Florianın transfer işləri ilə məşğul olan ailə üzvləri İngiltərəyə yollanıb. Əvvəlcə hər kəs “Mançester Siti”dən şübhələnməyə başladı. Axı bu komandanın baş məşqçisi Pep Qvardiola alman yarımmüdafiəçini Kevin de Bruynenin ideal əvəzedicisi sayır və şəxsən özü Florianı məhz “Etihad”ı seçməklə bağlı dilə tuturdu.
Amma Almaniyanın məşhur nəşrlərindən “Kicker” bu versiyanı təkzib etdi:

“Virtslər İngiltərəyə “Liverpul”la danışıq aparmaq üçün yollanıb. Mersisayd klubu oyunçuya və ailəsinə konkret layihə təklif edib”.

Bir qədər sonra “The Athletic” hətta Florianın Liverpulda onun üçün ayrılacaq mənzili gözdən keçirdiyini də yazdı. Mayın sonuna doğru bu yöndə daha dəqiq informasiyalar peyda olmağa başladı.
“Bild” mayın 30-da “Liverpul”un ilk rəsmi təklif göndərdiyini yazdı. İngiltərə klubu leverkuzenlilərə 117 milyon avro, üstəlik 13-16 milyon arasında bonus təklif edir. Yəni “qırmızılar” 133 milyon avro ödəməyə hazırdı, ancaq “Bayer-04” bu transferdən 150 milyon avro götürəcəyinə ümid edir. “Liverpul” hələ ki 135 milyonu aşmaq istəmir. Tərəflərin səsləndirdiyi rəqəmlər arasında o qədər böyük fərq olmadığına görə hər kəs tezliklə bu keçidin rəsmiləşəcəyini gözləyir.
“Bayer-04” 135 milyon avro ilə razılaşsa, Virts futbol tarixinin ən bahalı üç transferi siyahısına düşəcək. Ondan irəlidə yalnız Kilian Mbappe (PSJ-yə 180 milyona keçmişdi) və Neymar (“Barselona”dan 222 milyona gedib) olacaq. Filippe Koutinyo və Usman Dembele də kataloniyalılara 135 milyona başa gəlmişdi.
Virtsin “Liverpul”a mümkün keçidi ümumilikdə 300 milyon avro (maaş, bonuslar və agent komissiyaları da nəzərə alınmaqla) həcmində dəyərləndirilir. Hazırda “Liverpul”un bu qədər pulu yoxdu. Klubun direktoru Maykl Edvards Bostona uçub ki, belə böyük xərci “Liverpul”un sahibi olan FSG şirkətinin rəhbəri Con Henri ilə razılaşdırsın.
İnsayderlərdən Fabritsio Romano, Saşa Tavolyeri və Florina Plettenberq də bu yöndə xəbərləri təsdiqləyirlər və yazırlar ki, “Liverpul” bu transferi mümkün qədər tez bitirməyə çalışır.
Bəs axı biz girişdə “Bavariya”nın da ulduza marağından bəhs etmişdik. O məsələ necə oldu? Doğrudan da, Münhen klubu uzun müddət Virts uğrunda mübarizədə favorit sayılırdı. Ancaq futbolçunun ailəsinin Londonun şimalına səfərindən sonra Almaniya mediasında yer alan yazıların tonu dəyişdi.
Əvvəlcə bütün müəlliflər münhenlilərin keçidin mümkünlüyünə inamından yazırdısa, tezliklə bu yöndə ciddi şübhələr üzə çıxmağa başladı.
Etiraf etmək lazımdı: “Bavariya” bu mübarizədən ilk növbədə maliyyə mülahizələrinə görə çəkildi. Bu klub ciddi satışı həyata keçirmədən özünə belə səxavətli davranışı rəva görə bilməz. Münhenlilər futbolçunun özünü inandırmaq və bu yolla “Bayer-04”ə təzyiq göstərmək istəyirdi, ancaq “Liverpul” araya girincə vəziyyət dəyişdi.
“Kicker” iddia edir ki, “Liverpul”un baş məşqçisi Arne Slotla söhbət Floriana daha inandırıcı görünüb, nəinki Vensan Kompaninin taktiki düşüncələri.
Belə mülahizələr də var idi ki, Virts, ümumiyyətlə, bu ya “Bayer-04”dən getmək istəməyəcək – belədə “Bavariya” 2026-cı ildə rahatca transferi bitirə bilərdi. Ancaq bu da alınmadı.
“Bild” güman edirdi ki, “Bavariya”nın sabiq prezidenti, bu prosesin içində olan Uli Höness ilə söhbət Florianı inandıra bilər. Belə çıxır ki, söhbət də nəticəsiz bitib. Axı Virts “Liverpul”u seçib və hətta “Bavariya”nı da bundan xəbərdar edib.
Ötən il Xabi Alonso ilə adı tez-tez yanaşı hallanan “Liverpul” “Bayer-04”ün oyunçularına daim maraq göstərir. Çox güman, Virts Slotun sərəncamına verilən ikinci “aspirin” olacaq. Birinci “Real”a yollanan Aleksander-Arnoldu əvəz etmək üçün alınan Ceremi Frimponqdu. O da maraqlıdı ki, Ceremi Virtsin ən yaxın dostlarından biridi. O, ulduz yarımmüdafiəçi ilə münasibətlərini belə xarakterizə edir:

“Mən “Bayer”ə qədəm qoyduğum gündən məhz Virts qayğı göstərməyə başladı. Komandadakı ilk dostum oldu. Flo məndən “Seltik” haqda soruşurdu, evinə qonaq çağırdı, şam yeməyinə çıxdıq. Bir sözlə, özümə evdəki kimi hiss etməyim üçün əlindən gələni əsirgəmədi”.

Təbii ki, bu münasibətlərin də gözlənilən keçidin daha asan alınmasında rolu var. “Liverpul” həm də bu amilin sayəsində Virtslə danışıqlarda bir addım önə çıxıb, ən istedadlı almaniyalı futbolçulardan birini layihəsinin cəlbediciliyinə inandıra bilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:283
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyun 2025 05:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri