Icma.az
close
up
RU
“Liverpul”a çempionluq üçün cəmi 1 xal lazımdı

“Liverpul”a çempionluq üçün cəmi 1 xal lazımdı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Premyer-liqada 34-cü tur “Aston Villa” - “Mançester Siti” oyunu ilə start götürdü.

Sirr deyil ki, hər iki komanda Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır. Gözlənildiyi kimi, oyun gərgin və dramatik mübarizə şəraitində keçdi. Birmingemlilər elə ilk hücumda hesabı aça bilərdi, ancaq Reşford topu dirəyə vurdu. “Şəhərlilər” isə ilk təhlükəli vəziyyəti Bernardo Silvanın sayəsində qola çevirdi. Düzdü, Qvardiolanın komandası hesabda üstünlüyü uzun müddət qoruya bilmədi. 18-ci dəqiqədə Reşford penaltidən vurduğu qolla tablodakı rəqəmləri eyniləşdirdi.
MS-nin oyunun əksər bölümündə ərazi üstünlüyünə malik olması təbii idi. Birmingemlilər isə xoşbəxtliyi əsasən əks-hücumlarda axtarırdılar. Onlar bəzən perspektivli hücumlar qursalar da, Orteqanın qapısı önündə real təhlükə yarada bilmirdilər. MS uzun müddət ərazi üstünlüyünü qola çevirməkdə çətinlik çəkdi. Ancaq lap sonda uğur onların yanında oldu.
Dokyunun əla asmasından sonra topu qapıdan keçirən Nunyeş “şəhərlilər”ə çox vacib qələbə qazandırdı. Qvardiolanın komandası ÇL-ə vəsiqə uğrunda mübarizədə əsas rəqiblərindən birini dramatik şəkildə məğlub etməklə 3-cü pilləyə yüksəldi. Düzdü, “Nottingem Forest”lə “Nyukasl” hələ 34-cü turun oyununu keçirməyib. “Aston Villa”nın çempionatda qələbə seriyası 5-də dayandı. Sözsüz, bu məğlubiyyət Emerinin komandasının ÇL yolunu çətinləşdirəcək, ancaq əsas rəqiblərlə xal fərqi elə də çox deyil. Maraqlıdı ki, həftəsonu MS və “Aston Villa” ölkə kubokunda yarımfinal oyunlarını keçirəcəklər. Onlar rəqiblərini sıradan çıxaracağı təqdirdə mövsümün sonunda bir daha “Uembli”də üz-üzə gələcəklər.
“Arsenal”ın son vaxtlar çempionatda xal itirməsi artıq adətə çevrilib. “Kristal Pelas”la oyun da istina olmadı. “Topçular” premyer-liqada keçirdiyi son 4 oyunda 3-cü dəfə xal itirdi. Hərçənd oyun Artetanın komandası üçün yaxşı başladı. Artıq 3-cü dəqiqədə Edeqorun cərimə zərbəsindən ötürməsini Kivyor uğurla tamamladı. Amma erkən qol qonaqları qətiyyən ruhdan salmadı. Onlar cəsarətlə və böyük qüvvə ilə irəli atılırdı. İlk yarının ortalarında Ezenin hesabı bərabərləşdirməsi oyunun axarına uyğun oldu. “Pelas” hissənin sonuna qədər irəli də çıxa bilərdi. Konkret Nketia sabiq komandasını məyus etmək baxımından gözəl şansı qaçırdı.
Qonaqlar ilk yarıda həm qapıya zərbələrin, həm də təhlükəli vəziyyətlərin sayı baxımından üstün idi. Bununla belə, fasiləyə az qalmış “Arsenal” Trossarın qolu ilə növbəti dəfə irəli çıxdı. “Topçular” 2-ci hissədə də ərazi üstünlüyünü əldən vermədi, sadəcə, Rayyanın qapısı önündə daha təhlükəli vəziyyətlər yaranırdı.
83-cü dəqiqədə “Kristal Pelas” haqq etdiyi bərabərlik qolunu vurdu. 81-ci dəqiqədə meydana çıxan Mateta cəmi iki dəqiqə sonra Salibanın kobud ötürmə səhvindən yararlandı. Çox baxımlı oyun göstərən Qlasnerin komandası “Emireyts”dən 1 xal aparmağa layiq idi. İndi “Kristal Pelas” “Aston Villa” ilə kubokun yarımfinal oyununa yaxşı əhval-ruhiyyədə hazırlaşacaq. “Arsenal” isə ÇL-də PSJ ilə oyuna hazırlaşmaq üçün bir həftə vaxt qazandı.
Əlbəttə, “topçular”ın növbəti xal itkisi “Liverpul”u sevindirdi. İndi bu komandaya çempionluğu rəsmiləşdirmək üçün “Tottenhem”lə cəmi 1 xal lazımdı.
34-cü tur
Mançester Siti – Aston Villa 2:1

B.Silva, 7. Nunyeş, 90+4 – Reşford, 18-p. (52192)
MS: Orteqa, Nunyeş, Diaş, Qvardiol, O’Rayli, Gündoğan, Kovaçiç, B.Silva, De Bruyne (Akanci, 90+6), Marmuş.
Arsenal – Kristal Pelas 2:2
Kivyor, 3. Trossar, 42 – Eze, 27. Mateta, 83. (60167)
Arsenal: Rayya, Timber, Saliba, Kivyor, Lüis-Skelli (Tirni, 86), Edeqor (Nvaneri, 86), Parti, Rays, Sterlinq (Saka, 60), Trossar, Martinelli.
Liverpul – 79, Arsenal – 67 (34), Mançester Siti – 61 (34), Nottingem Forest. – 60, Nyukasl – 59, Çelsi, Aston Villa – 57 (34), Bornmut – 49, Fulhem, Brayton – 48, Brentford – 46, Kristal Pelas – 45 (34), Everton, Mançester Yunayted, Vulverhempton – 38, Tottenhem – 37, Vest Hem – 36, İpsviç – 21, Lester – 18, Sauthempton - 11
Bombardirlər: Salah (Liverpul) - 27, Holann (MS), İsak (Nyukasl) – 21.
Faktlar
* Edeqor “Arsenal”ın heyətində “qol+ötürmə” göstəricisində Patrik Vieyranı arxada qoydu. 2021-ci ildən London klubunun formasını geyən norveçli yarımmüdafiəçi 33 qol və 29 ötürmə ilə 62 xal toplayıb. Onun fransalı həmkarı isə 61 xal toplamışdı.
* 83-cü dəqiqədə qol buraxmaqla qələbəni əldən verən “Arsenal” premyer-liqanın son 17 ildəki antirekordunu təkrarladı. Söhbət bir mövsümün gedişində komandanın irəlidə olduğu halda qələbəni əldən verdiyi oyunların sayından gedir. “Arsenal” 2024/25 mövsümündə artıq 9 dəfə belə halla üzləşib. Başqa komandalar maksimum 7 dəfə belə aqibət yaşayıb. Onu da xatırladaq ki, sonuncu dəfə “Tottenhem” 2007/08 mövsümündə oyunun gedişində qələbəni əldən verib.
Oyundan sonra
Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Biz belə ssenariyə öyrəşməmişik! Son dəqiqələrdə qələbə qazanmaq “Liverpul”a xas özəllikdi. Buna öyrəşməmişik, ona görə də gerçəkdən xoşbəxtəm. Premyer-liqada son dörd oyunumuz qalıb, Avropanın ən yaxşı komandalarından biri olan “Aston Villa” ilə Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apardığımızı bilirik. Çox yaxşı oynadıq. Təkbətək mübarizələrdə aqressiv idik. Həqiqətən razıyam. Futbol emosiyalar deməkdi. Son iki oyun çətin keçdi, çox razıyıq. Bu gün uduzmamağa çalışırdıq, ona görə ki, 1:1 pis nəticə deyil. Ancaq Dokyu möhtəşəm oyndı. Mövsüm bizim üçün uğursuz oldu. İngiltərə kubokunda finala çıxmağımız və ya Çempionlar Liqasına düşüb-düşməməyimiz bu mənada önəmli deyil. Bəzən uğursuz mövsümlər də olur”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Həm oyuna, həm də nəticəyə görə məyusam. Oyunda dominantlıq etmək üçün hərəkətlərimizdə sabitlik çatmadı. Bu da futbolun bir hissəsidi və bizə iki xal bahasına başa gəldi. Bu gün oyunun bir çox aspektində özümüzü daha yaxşı göstərməliydik. Bizə sabitlik lazımdı. Rəqib çox təşkilatlanmış oynadı, tərifi haqq etdi. Bundan dəfələrlə yaxşı oynamalıyıq. Səhvlər bizə baha başa gəlir. 6 gündən sonra mövsümdəki ən vacib oyunumuza (aprelin 29-da keçiriləcək PSJ ilə oyunu nəzərdə tutur – red.) çıxacağıq. Gücümüzü bərpa etməliyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:394
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Aprel 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri