“Liverpul”a keçəcəyi gözlənilən Barkola üçün sürpriz nömrə
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransanın PSJ futbol klubunun hücumçusu Bredli Barkolanın “Liverpul”a transferi yaxın günlərdə rəsmiləşə bilər.
İdman.Biz “SportBible“-ya istinadən xəbər verir ki, İngiltərə klubu fransalı futbolçunun transferi ilə bağlı Paris təmsilçisi ilə prinsipial razılığa gəlib.
Fransalı futbolçunun yeni komandasında boş olan 11 nömrəli formanı deyil, 29 nömrəni seçəcəyi gözlənilir. Hazırda “Liverpul”da 11, 13, 16, 17, 24, 26 və 27 nömrəli formalar boşdur.
29 nömrəsinin Barkola üçün xüsusi mənası var. O, daha əvvəl verdiyi müsahibədə bildirib ki, uşaq vaxtı FIFA oyununda Aleks Hunter adlı virtual futbolçunun 29 nömrəli formanı geyinməsindən təsirlənib.
“Öz-özümə demişdim ki, peşəkar futbolçu olanda 29 nömrəni geyinəcəyəm. İndi isə bu nömrəni seçmişəm və heç vaxt ondan imtina etməyəcəyəm”, – Barkola deyib.
23 yaşlı futbolçunun transferinin təxminən 120 milyon funt-sterlinqə (277,3 milyon manat) başa gələcəyi bildirilir. Barkola ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 14 qol vurub və keçidi baş tutacağı halda “Liverpul” tarixinin ən bahalı ikinci transferinə çevriləcək.
Qeyd edək ki, “Liverpul”da 29 nömrəli formanı sonuncu dəfə 2022/23 mövsümündə Artur Melo geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 28 Avqust 2026 07:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















