Icma.az
close
up
RU
“Liverpul”a qarşı oynamış eks “Qarabağ”lı nələr danışdı? Müsahibə

“Liverpul”a qarşı oynamış eks “Qarabağ”lı nələr danışdı? Müsahibə

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Liverpul”a qarşı oynamış eks “Qarabağ”lı nələr danışdı? – Müsahibə

"Qarabağ”ın şimali makedoniyalı sabiq futbolçusu Artim Şakirinin QOL.az saytına müsahibəsi

- “Qarabağ”ı Çempionlar Liqasında dünya nəhənglərindən olan “Liverpul”la çox vacib bir oyun gözləyir. Matçın başlama saatını bilirsiniz?

- Bəli. Oyun sabah “Enfild” stadionunda keçiriləcək və Avropa vaxtı ilə (Mərkəzi Avropa vaxtı – red.) saat 21:00-da başlayacaq. 

- Sualı bu cür qoymaqda oyuna marağınızın nə dərəcədə olmasını bilmək istədim.

- (Gülür). Təbii ki, mənim üçün maraqlı oyundur. Matçı mütləq izləyəcəm.

- Qarşılaşmadan gözləntiniz nədir?

- Bu görüş “Qarabağ” üçün mövsümün ən çətin oyunu olacaq. Düzdür, “Liverpul” Premyer Liqada yaxşı çıxış etmir və müəyyən problemləri var, amma Çempionlar Liqasında necə oynamağı bilən, böyük və təcrübəli klubdur. Buna baxmayaraq, mən düşünürəm ki, “Qarabağ” bu oyunda uduzmayacaq.

- “Qarabağ”ın uduzmayacağını nəyə əsasən deyirsiniz?

- Demək istədiyim odur ki, “Qarabağ” Çempionlar Liqasında çox yaxşı çıxış edir, “Liverpul”un isə hazırda yaxşı formada olmadığı bəllidir. 

- 2003-2005-ci illərdə İngiltərənin “Vest Bromviç” klubunda çıxış etmisiniz. Həmin vaxt komandanız həm Çempionşip, həm də Premyer Liqada oynayıb. Sizin “Liverpul”a qarşı oynamaq imkanınız olub?

- Bəli, biz Premyer Liqaya yüksələndən sonra “Liverpul”a qarşı bir dəfə oynamışam. “Enfild”dəki atmosfer möhtəşəmdir.  O vaxt da belə idi, indi də. “Liverpul” azarkeşləri çox çılğındır. Bu, “Qarabağ” üçün də çətinlik yaradacaq. 

- “Liverpul”la oyununuzun hesabı yadınızdadır?

- Yox, bu oyundan 20 ildən çox vaxt keçib. Yadımda qalan odur ki, uduzmuşduq. Həmişə yaxşı şeyləri xatırlamaq lazımdır (gülür). 

- “Qarabağ”ın pley-offa yüksələcəyini düşünürsünüz?

- Bəli. Amma onu da deyim ki, bu, heç də asan deyil. “Qarabağ”a uğurlar arzulayıram və yaxşı nəticə qazanacaqlarına inanıram.

Ramiq Ağaməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 Yanvar 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri