Icma.az
close
up
RU
Liverpulda zədəli futbolçuların durumuna aydınlıq gəlib

Liverpulda zədəli futbolçuların durumuna aydınlıq gəlib

İngiltərənin "Liverpul" klubunda zədəli futbolçuların durumuna aydınlıq gəlib.

"Report" xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot mətbuat konfransında məlumat verib.

O, Vircil van Deykin durumunun yaxşı olduğunu və komanda ilə bugünkü məşqə qatıldığını bildirib:

"Trent Aleksander-Arnold hələlik bizimlə deyil. Onun tezliklə qayıdacağını gözləyirik. Harvi Elliot hələlik fərdi məşq edir. Bütün oyunçuların bir neçə həftə ərzində meydana qayıtması gözlənilir. Lakin Alisson Beker və Diequ Jotanın Çempionlar Liqasında "Real"la matça hazır olacağını düşünmürəm".

Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasının növbəti turunda noyabrın 24-də “Sauthempton”in qonağı olacaq.

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:75
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri