“Liverpul”un futbolçusu özünə brilliant diş qoydurdu Şəkil
Icma.az, Qol.az saytına istinadən bildirir.
“Liverpul”un və Kolumbiya millisinin hücumçusu Luis Dias toyundan əvvəl dişlərinə brilliant qaşlar yerləşdirib.
QOL.az xəbər verir ki, futbolçu şənbə günü 19 yaşından bəri münasibətdə olduğu Jeraldin Pons ilə evlənib. Cütlüyün artıq iki övladı var, Dias isə evlilik təklifini 2023-cü ilin iyununda etmişdi.
Toy Kolumbiyanın Barrankilya şəhərində keçirilib. Mərasimə Luis Diasın dişlərində brilliant dişin olması diqqət çəkib.
Qonaqlar arasında onun Kolumbiya millisindəki komanda yoldaşları - Xuan Kuadrado, Daniel Munyos və Yerri Mina da olub. Həmçinin Diasın “Liverpul”dakı sabiq komanda yoldaşı Fabinyo da həyat yoldaşı ilə birlikdə mərasimə qatılıb.
Baxış sayı:60
Bu xəbər 16 İyun 2025 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















