“Liverpul“un qapıçısı Alisson Bekker “İnter“ və “Yuventus“un hədəfindədir
Icma.az bildirir, Moderator.az portalına istinadən.
İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.
Moderator.az "La Repubblica"ya istinadən xəbər verir ki, adıçəkilən ölkənin "İnter" və "Yuventus" kollektivləri yayda braziliyalı qolkiper ilə müqavilə imzalamaqda maraqlıdırlar.
"Əlcək sahibi" hər iki klubun qapıçı transferində prioritet seçimlər sırasındadır.
Qeyd edək ki, Alisson 2018-ci ildə "Roma"dan "Liverpul"a 72 milyon avroya keçib. Onun mersisaydlılarla müqaviləsinin 2027-ci ilə qədərdir. Bu mövsüm Alisson "Liverpul"un heyətində bütün yarışlarda 30 oyunda iştirak edib, 32 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb.
Baxış sayı:186
Bu xəbər 03 Mart 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















