Icma.az
close
up
RU
Liverpul”un yüksəlişinin beş səbəbi

Liverpul”un yüksəlişinin beş səbəbi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Liverpul”u indiki məqamda Avropanın ən güclü komandası adlandırmaq olar. Arne Slotun komandasının yalnız üç heç-heçəsi və “Nottingem Forest”dən aldığı gözlənilməz məğlubiyyət var.

"Football-plus.az" xəbər verir ki, qalan bütün oyunlar isə mersisaydlıların inamlı qələbəsiylə bitib.
Bəs yeni baş məşqçi “Liverpul”u birdən-birə necə titula əsas iddiaçıya çevirdi? Bunun bir neçə səbəbi var.
Salah ikinci gəncliyini yaşayır
Məhəmməd Salah yenə “od götürüb”. Hər mövsümü yetərincə parlaq keçirən misirli yeni baş məşqçinin dönəmində bir qədər də qol-qanad açıb. Konkret rəqəmlərə baxaq: Salah premyer-liqanın ötən mövsümündə 18 qol vurmuş, 10 məhsuldar ötürmə vermişdi. Cari mövsümdə isə artıq 16 qolu və 11 ötürməsi var. Cəmi yarım il ərzində!
Salah hələ 1-ci turun “İpsviç”lə oyunundan sonra belə demişdi:

“Biz indi başqa cür oynayırıq. Yürgen 8 il burda oldu, kluba hər şeyini verdi. İndi yeni məşqçimiz, yeni sistemimiz var, hər şey fərqlidi. Yeni duruma uyğunlaşmalı, Slotun taktikasına və futbol baxışına addım-addım öyrəşməliyik”.


Uzun müddət öyrəşmək lazım gəlmədi – misirli yenidən çempionatın bombardirləri sırasındadı. Yeni rol forvarda rəqib qapısına mümkün qədər yaxın məsafədə topu qəbul etməyə və hücumları bitirməyə yardım edir. Elə kombinasiyalı oyunda da əvvəlkindən yaxşı təsir bağışlayır – artıq ötən mövsümdəkindən daha çox məhsuldar ötürmə verib.
Qravenberxin “çiçək açması”
“Liverpul” yayda Martin Subimendinin şəxsində yaxşı dayaq yarımmüdafiəçisini transfer etmək imkanını qaçırdı. Slotun sistemində texnikalı yarımmüdafiəçinin olması vacibdi, ancaq “Liverpul” qəfil mövsümə bu mövqeyə transfer etmədən başlamağa qərar verdi. Sən demə, yeni baş məşqçinin dahiyanə planı var imiş.
Vakant yeri Rayan Qravenberx tutdu – niderlandlını hələ ötən il “Bavariya”dan almışdılar, ancaq Almaniyada olduğu kimi, İngiltərədə də vaxtının böyük hissəsini ehtiyat oyunçular skamyasında keçirirdi. Slot ona özünü göstərmək şansı verdi – belə aydın oldu ki, futbolçu müdafiəyə yaxşı yardım etməklə yanaşı, topu da irəli daşıya bilir:

“Slot Avropa çempionatından sonra zəng edərək məni hansı rolda gördüyünü dedi. Əlbəttə, o, məni hələ “Ayaks”da olduğum dönəmdən tanıyırdı – “Alkmaar” ilə “Feyeneoord”u çalışdırmışdı. Arne mənə “6 nömrə” mövqeyində oynatmaq istədiyini dedi. Mən belə çağırışa açıq idim. Əvvəllər “8 nömrə” mövqeyində oynamışdım, gənclər futbolunda isə dayaq yarımmüdafiəçisi də olurdum ki, bu da işə yaradı”.


Taktiki çeviklik
Açıq-aşkar demək lazımdı ki, Arne Slot Yürgen Kloppun son illərdəki “Liverpul”u ilə müqayisədə oyundakı taktiki dəyişikliklərə daha sürətli və incə reaksiya verur. O, vaxtında əvəzləmələrə əl atır, işlər qaydasında getməyəndə oyun planını dəyişməyi ləngitmir.
Məsələn, “Milan”la Çempionlar Liqasının oyununun fasiləsində Slot Aleksander-Arnolddan Rafael Leao ilə mübarizə aparmamağı, daha “yuxarı qalxmağı” xahiş etdi. Mo Salah isə öz növbəsində daha fəal şəkildə Teo Ernandesin arxasına sıçramalıydı. Bu riskli gediş olsa da, özünü doğrultdu: “Liverpul” hücumda təhlükəli oldu, demək olar ki, sərbəst qalan Leaonu isə Co Qomes tam neytrallaşdırdı.
Kloppu elə “Liverpul” azarkeşləri tez-tez ona görə tənqid edirdilər ki, artıq qalib gəldikləri oyunlarda ulduz oyunçuları meydandan çıxarmır, yaxşı oyun göstərməyənləru də uzun müddət meydanda saxlayır. Belə tənqidlərdə həqiqət payı var – indi Slot öz nümunəsi əsasında sübut edir ki, mikromenecment daha sürətli həyata keçirilməlidi.
Zədəlilərin yoxluğu
İstənilən komandanın uğuru üçün az qala əsas amildi. Həqiqətən “Liverpul”un zədələrlə bağlı bəxti gətirir - əsas heyət oyunçularından yalnız qapıçı Alissonla müdafiəçi Konate uzun müddətə sıradan çıxıb. Hə, başqa futbolçuların da fərqli zədələri olub, ancaq onlar tez sıraya dönüb, yoxluqları ciddi şəkildə duyulmayıb. Əvvəlki illərlə müqayisə edin – “Liverpul” müntəzəm şəkildə bir neçə aparıcı oyunçusunu itirir, hədəflərindən uzaq düşürdü. Biabırçı 2022/23 mövsümünü xatırlayın – güclü heyət fonunda zədələrdən ciddi əziyyət çəkən komanda mövsümü 5-ci yerdə bitirdi.
Klopp gedişi üçün zəmin hazırlamışdı
Bir neçə il əvvəl ser Aleks Ferqyuson səhlənkarlıq göstərdi, sonradan bunu Arsen Venger də təkrarladı. Bu dahilərdən heç biri təqaüdə çıxmağa hazırlaşmamışdı – klublarını elə məqamda atdılar ki, onlar artıq gəncləşməyə və yeni nəslin hazırlanmasına ehtiyac duyurdu.
Klopp daha müdrik hərəkət etdi – növbəti məşqçi üçün perspektivli və təcrübəli oyunçuların sintezindən ibarət yaxşı irs qoydu. Ümumiyyətlə, bu, istənilən komanda üçün vacib amildi. Yaşlı liderlərlə istedadlı gənclər bir-birinə üzvi surətdə qarışmalıdı. Kloppun gedişindən sonra yalnız bir problem var: üç superulduzun müqavilə müddəti bitir. Bunlar Salah, Aleksander-Arnold və Van Diykdi. Klub yayda azad agentə çevriləcək futbolçularla bağlı tezliklə hansısa addım atmalıdı.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Yanvar 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri