Liviya Milli Ordusu silahlı dəstələrlə toqquşmalarda 8 əsgərini itirib
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LNA) Liviyanın cənubunda silahlı dəstələrlə toqquşmalarda 8 əsgərini itirib. Bu barədə Liviya əl-Əhrar telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, El-Katrun kəndi ərazisində silahlı toqquşmalar baş verib. Haftarın qüvvələri silah qaçaqmalçılığı və narkotik ticarəti ilə məşğul olan dəstələrə müqavimət göstərib. LNA bölmələri qrupun bir neçə üzvünü sıradan çıxarıb və əraziyə nəzarəti bərqərar edib.
Hazırda Liviyada iki de-fakto hökumət var: ölkənin şərqində parlament tərəfindən təsdiq edilmiş Nazirlər Kabineti və Tripolidə Milli Birlik Hökuməti. 22 iyun 2023-cü ildə BMT-nin Cenevrə razılaşmalarından sonra müəyyən etdiyi keçid dövrü üçün son tarix başa çatdı və bu müddətin sonuna qədər Liviyanın seçilmiş prezidenti və parlamenti olmalı idi. 2021-ci ilin dekabrına təyin edilmiş seçkilər konstitusiya əsasının olmaması və təhlükəsizlik problemləri səbəbindən ləğv edilib.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 15 Fevral 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















