Liviyanın Əsədi hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftara bağlı Daxili Təhlükəsizlik Təşkilatı Benqazi şəhərində Baas rejiminin süqutunu qeyd edən suriyalıları saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə Liviya mətbuatı məlumat verib.
Bildirilib ki, Daxili Təhlükəsizlik Təşkilatı saxlanılan şəxslərin “Suriyadakı terror təşkilatına bağlı, agent kimi Benqaziyə sızan və suriyalıları silahlandırmaq və səfərbər etmək vəzifəsi daşıyan bir qrup” olduğunu iddia edib.
Qeyd edək ki, Liviya mətbuatında və beynəlxalq media qurumlarında Rusiyanın Suriyadakı bəzi hərbi texnika və qüvvələrini Haftarın nəzarəti altında olan Benqazi şəhərinə göndərdiyi barədə xəbərlər yayılıb.
Liviyanın baş naziri Əbdülhəmid Dibeybe bu iddialara cavab verərək, Suriyadan ölkəsinə hər hansı bir Rusiya qüvvəsinin gəlməsi kimi bir vəziyyətin qəbuledilməz olduğunu bildirib.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 21 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















