Lixaçev: Rusiya Çin yük daşımaları 20 milyon tona çatacaq
Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu sözləri Rusiyanın Atom Enerjisi üzrə Dövlət Şirkətinin ("Rosatom") Baş direktoru Aleksey Lixaçev Rusiya-Çin Hökumətlərarası Komissiyasının məsələ ilə əlaqədar iclasınının yekununda mətbuata açıqlamasında dilə gətirib. O, "Şimal Dəniz Marşrutu" ilə yükdaşımanın inkişafına dair tədbirlər planının təsdiqlənməsi haqqında danışıb. Bildirib ki, Çinlə müxtəlif sahələrdə əməkdaşlığın təfərrüatları da iclasda həmçinin müəyyənləşdirilib.
"Yaxın gələcəkdə ölkələrimiz arasında əməkdaşlıq təkcə dənizçilik sahəsində yox, buzqıran yük gəmilərinin istehsalı, kadr hazırlığı və təcrübəsi, habelə digər istiqamətlərdə də artırılacaq", - Baş direktor söyləyib.
Məlumat üçün bildirək ki, "Şimal Dəniz Marşrutu" Qərbi Avrasiya ilə Asiya-Sakit Okean regionu arasında ən qısa (5600 kilometr) nəqliyyat yoludur. Bu marşrut üzrə 2024-cü ildə yük daşımaları təqribən 37,9 milyon tona çatıb.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Yaxın gələcəkdə ölkələrimiz arasında əməkdaşlıq təkcə dənizçilik sahəsində yox, buzqıran yük gəmilərinin istehsalı, kadr hazırlığı və təcrübəsi, habelə digər istiqamətlərdə də artırılacaq", - Baş direktor söyləyib.
Məlumat üçün bildirək ki, "Şimal Dəniz Marşrutu" Qərbi Avrasiya ilə Asiya-Sakit Okean regionu arasında ən qısa (5600 kilometr) nəqliyyat yoludur. Bu marşrut üzrə 2024-cü ildə yük daşımaları təqribən 37,9 milyon tona çatıb.
Firudin Həmidli
AzVision.az

Qazaxıstanla Çin arasında yükdaşımalarının həcmi 35 milyon tona çatacaq
29 Sentyabr 2025 12:11
Kursk AES hələ də təhlükədədir? Lixaçev
17 Mart 2025 21:57
Orta Dəhlizlə yükdaşımaların həcmi 10 milyon tona çatacaq
05 Noyabr 2024 19:32
Qazaxıstanda dəmir yolu tranziti 100 milyon tona çatacaq
19 Avqust 2025 13:37
Qazaxıstandan taxıl ixracı bu il 12 milyon tona çatacaq
06 Dekabr 2024 10:20

