Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Dünyanın ən nəhəng abidələri

Lizinqlə avtomobil alarkən müqaviləni diqqətlə oxuyun: Əks halda...

Lizinqlə avtomobil alarkən müqaviləni diqqətlə oxuyun: Əks halda...

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar vətəndaşların lizinq şirkətləri tərəfindən aldadılması ilə bağlı şikayətlər çoxalıb. Şirkətlər ödənişin son aylarında saxta problemlər yaradır, avtomobilin şəxsin əmlakı kimi rəsmiləşdirilməsinə süni əngəllər törədir.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, lizinq şirkətləri ilə bağlı son dövrlər şikayətlər çox olur:

“Burada əsas səbəb insanların diqqətsizliyidir. İnsanlarımız müqavilələri dəqiq oxumurlar. Lizinq şirkətləri lazımsız fikirlər yazırlar. Bu zaman da lizinq şirkətləri həmin müqavilənin müddəalarının yerinə yetirilməsini tələb edirlər. Digər bir problem lizinq şirkətlərinin sürücülər barədə yazılan cərimələri vaxtında onlara bildirməməsidir. Cərimə bildirişi şirkətə gəlir, amma onlar bu barədə sürücüyə məlumat vermir. Bu zaman da sürücünün xəbəri olmadan sürücülük hüququ məhdudlaşdırılır, yaxud avtomobilin üzərinə həbs qoyulur. Bu baxımdam, düşünürəm ki, lizinq şirkətlərinin bu cür özbaşınalıqlarının qarşısını almaq üçün sənədləşdirmə işlərində müəyyən dəyişikliklərə getmək lazımdır”.

E.Muradlının sözlərinə görə, dolların bahalaşması fonunda kreditlə avtomobil almaq çətinləşib:

“Ona görə də lizinq şirkətlərinə maraq artdı. Bu gün lizinq şirkətlərinin bəziləri bundan çox pis formada istifadə edirlər. Ödənişlə bağlı çox cüzi gecikmə olan zaman sürücünün əlindən avtomobili alırlar. Ödəniş bitəndən sonra özlərindən başqa ödənişlər çıxarırlar. Bu məsələlərə ciddi yanaşılmalıdır. Adamlar var ki, illərlə yığdığı pulu verir, aylarla da avtomobil üçün pul ödəyir.

Bir günlük gecikmə nəticəsində avtomobil əlindən alınır. Bu, insanların düşdüyü vəziyyətdən sui-istifadə etməkdir. Buna dövlətin məsul qurumları tərəfindən ciddi nəzarət olunmalıdır. İnsan aylarla ödəniş edir, lizinq şirkəti ödənişin bitməsinə 2-3 ay qalmış həmin adamda cüzi səhvlər axtarır ki, maşını əlindən alsın. Amma bu, fırıldaqçılıq, işbazlıq, mədəni soyğunçuluqdur”.

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, vətəndaşlar tanınmış şirkətlərlə işləməyə çalışmalıdır:

“Bağlanan müqavilələrə diqqət edilməlidir ki, lizinq dövrünün sonunda əmlakın mülkiyyətinin onlara keçəcəyinə əmin olsunlar. Alqı-satqılar rəsmi distribüterlərdə aparılmalıdır. Bəzən qiymətlərə görə tanınmayan müəssiəslərə müraciət edirlər. Həmin müəssisələr üçün reputasiya önəmli deyil. Onlar bazarda uzun müddət qalmır, yaxud əvvəlcədən dələduzluq əməlini planlaşdırırlar”.

“Vətəndaş istənilən halda diqqətli olmalıdır. Yadda saxlamaq lazımdır ki, banklar lizinq faəliyyəti ilə çox vaxt məşğul olmur. Bu fəaliyyətlə daha çox Bank Olmayan Kredit Təşkilatları (BOKT) məşğul olurlar. Onların da, adətən, faizləri yüksək olur. Ona görə də şərtlər diqqətli oxunmalıdır. Lizinq şirkətləri müştərini həvəsləndirmək üçün şirnikləndirici təkliflər edirlər. Dələduzluq qanuni fəaliyyət deyil ki, nəzarətə götürülsün. Əgər aldatmaq niyyətləri varsa, harada olsa, edəcəklər. Sadəcə olaraq diqqət etmək lazımdır”. (Trend)


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyun 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17059

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1027

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see232

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see167

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see166

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see148

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see145

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see132

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see130

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri