Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Lokal anestetiklərin keyfiyyəti aşağıdır? Həkimlərin İDDİASI

Lokal anestetiklərin keyfiyyəti aşağıdır? Həkimlərin İDDİASI

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Həkimlər lokal anestetiklərin keyfiyyətinin aşağı olduğunu iddia edirlər.

Lokal anestetiklərin keyfiyyətinin aşağı olmasından narazı olan həkimlərdən biri də uzman həkim Hikmət Baxışovdur.

O, Oxu.Az-a açıqlamasında bildirib ki, ən kiçik prosedur zamanı belə iki-üç anestetik istifadə etmək məcburiyyətində qalır:

"Bizim stomatologiyada istifadə etdiyimiz lokal anestetiklər var. Bu anestetiklərin təsirləri zəifdir. Hər bir aptekə görə dərmanın keyfiyyəti dəyişir. Sözügedən məsələ də bunun bir problemidir. Mən 9 il Türkiyədə işləmişəm. Mən yeni başlayan həkim deyiləm ki, anesteziyanı bilməyəm. Anesteziya edəndə anatomik olaraq hansı sinirə yaxın olduğunu, haraya vurulması gərəkdiyini yaxşı bilirəm. Buna baxmayaraq anestetiklərlə problem yaşayıram. Tək mən yox, digər həmkarlarım da problemlə qarşılaşıb. Avropa istehsalı olan anestetiklər, elə Türkiyədə olan anestetiklərə baxsaq, görərik ki, çox yaxşıdır. Mən orada işlədiyim 9 il müddətində minlərlə pasiyenti müalicə etmişəm, belə bir problemlə qarşılaşmamışam, lakin iki ildir Azərbaycanda işləyirəm və hər gün də bu halla rastlaşıram.

Bu anestetiklərin ola bilsin ki, gətirilməsində problem var. Vaxtilə Azərbaycanda Almaniyanın ən güclü anestetikləri var idi, lakin daha sonra yoxa çıxdılar. Çünki onların gətirilməsinə elə bir rüsum tətbiq edirlər ki, sahibkar da bunu gətirə bilmir. Gətirilənlərin də tərkibi azaldılır ki, qiymət baha olmasın və həkimlərə, klinikalara satıla bilsin. Biz də onun təsirini görmürük. Kiçik prosedurlar zamanı məcbur oluruq ki, iki-üç anestetik istifadə edək", - deyə o bildirib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, ölkəyə rəsmi qaydada idxal edilən bütün dərman vasitələrinin, o cümlədən anesteziyada istifadə olunan lokal anestetiklərin keyfiyyəti müvafiq normativ sənədlərə uyğun olaraq AEM-də laborator şəkildə yoxlanılır:

"Bu proses zamanı dərman vasitəsinin keyfiyyət göstəricilərində hər hansı uyğunsuzluq aşkar edilərsə, həmin məhsulun satışına icazə verilmir. Beləliklə, yalnız keyfiyyət tələblərinə cavab verən dərman vasitələrinin dövriyyəyə buraxılması təmin olunur.

Bununla yanaşı, qeyd etmək istərdik ki, əgər vətəndaşlar və ya tibb mütəxəssisləri konkret dərman vasitəsi ilə bağlı şübhə və ya narahatlıq hiss edirlərsə, bu barədə Analitik Ekspertiza Mərkəzinə rəsmi qaydada müraciət edə bilərlər. Belə hallarda təqdim olunan dərman nümunələri əsasında təmənnasız laborator analiz aparılır və nəticə barədə müraciət edən şəxsə rəsmi cavab təqdim olunur.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi vətəndaşları və mütəxəssisləri aptek və ya tibb müəssisələrində rast gəlinən şübhəli hallar barədə aşağıdakı əlaqə vasitələri ilə məlumat verməyə çağırır:

"Bir pəncərə" sektoru

Qaynar xətt: (012) 596 05 20

Elektron poçt: [email protected]

Rəsmi veb-sayt: www.pharma.az - "Müraciət" bölməsi

Daxil olan müraciətlər hərtərəfli araşdırılır və zərurət yarandıqda müvafiq müəssisədə plandankənar yoxlama aparıla bilər".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyul 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri